25.04.2025, 00:11
GəyirməXallar
Xallar müxtəlif olub əksər halarda doğuşdan, bəzi hallarda da həyatımız boyu əmələ gəlir. Onlar daha çox xoşçassəli olaraq insan bədəninin istənilən hissəsində hətta selikli qişada belə görünə bilir. Xallar müxtəlif forma və rəngdə olmaqla insan orqanizminə heç bir zərər vermir və müalicəsinə elə də ehtiyac yoxdur. Müstəsna hallarda böyük olanlar və ya gözəlliyə xələl gətirənlər həkim müdaxiləsi ilə aradan götürülə bilər. Xalların təhlükəli tərəfi onların bəxassəli törəmələrə çevrilə bilməsidir.
Hansı xallar təhlükəlidir.
Bütün xallar bədxassəliyə meyilli deyildir. Tibbdə xalları melanomotəhlükəli və melanomotəhlükəsiz kimi qruplara bölürlər. Birinci qrupa nevusların beş forması aiddir. Ən təhlükəli olanı böyük olan xallardır və onlar 50% hallarda bədxassəli şişlərə çevrilir. Onlar sinə və kürək nahiyyəsində nəhəng törəmələr kimi tanınır. Onlar ziyiləbənzər olub qəhvəyi rəng çalarına malikdirlər. Nəhəng törəmələr İnsan həyatı boyu bpyüməkdə davam edir.
Haşiyəvi xallar tünd və ya qara bərabər rəngli və 1 sm diametrdə quru səthə malik olur. Onlar böyümür və rənglərini də dəyişmir. Eyni zamanda onlara günəş şüaları da təsir etmir. Bir qayda olaraq bu növ xallar ovucda, köynəyin boynu dayanan yerlərdə və intim zonalarda əmələ gəlir. Yalnız 10% hallarda bədxassəliyə çevrilə bilir.
Mavi törəmə təqribən 1 sm diametrdə olur, tam dairəvi mavi rəngdədir. Eyni zamanda bozumtul və ya qara-mavi ola bilər. Əsasən başda və boyunda, pəncələrdə, ombada əməmlə gəlir. Bir qayda olaraq belə xallar tək olur, yəni insanda tək halda olur və nadir hallarda bədxassəliyə çevrilə bilir.
“Ota nevusu” - bu anadangəlmə böyük xal mavi-qəhvəyi və ya mavi-boz rəngdə olur. Əsasən də üzdə, qulaq dibində, aöızın selikli qişasında və yanaqda olur. Nahamar səthə və tam olmayan rəng çalarlarına malikdir. Əsasən ilk 20 ildə və monqoloid irqinə aid olan insanlarda əmələ gəlir. Melanomaya nadir hallarda çevrilir.
“Dyubreyl melanozu” - o qədər də böyük olmur. Onların rəngi açıq qəhvəyidən qaraya kimi, ətrafı isə hamar haşiyələnmiş olur. Bu törəmələr tam rəngdə deyil keçid rənglərində olur. Sanki qəhvəyi fonda qara ləkə kimi. Onlar işıqlı dəriyə malik insanlarda, əsasən də 50-55 yaşlardan sonra qadınlarda əmələ gəlir. Əsasən üz nahiyyəsində olur və gec böyyürlər. Müxtəlif məlumatlara görə, bir çox hallarda melanomaya çevrilirlər.
Xalların melanomaya çevrilmə səbəbləri nədir?
- intensiv ultrabənövşəyi şüalanma
- xalların zədələnməsi
- irsi meyillilik
Qarşısını necə almaq olar?
Təəssüf ki, heç kim öz xallarına diqqət yetirmir və nəticə acınacaqlı hala qədər gəlib çıxanda həkimə müraciət olunur.
Təhlükəli simptomların vaxtında müşahidə olunması üçün onları mütəmadi olaraq gözdən keçirmək lazımdır. Şübhəli hallar olduqda isə dərhal həkimə müraciət etmək lazımdır.
Rəngini dəyişməsi. Əgər xal rəngini dəyişirsə və ya başqa rəngdə ləkələrlə müşahidə olunursa, həkimə müraciət etmək lazımdır.
Konturun dəyişməsi. Qeyri-səlis əhatəyə malik olması təhlükədən xəbər verir.
Asimmetriklik. Anadangəlmə xallar istisna olmaqla nevuslar adətən simmetrik olurlar. Asimmetrik olanda artıq bu təhlükəyə işarədir.