Əcnəbi lətifələr
  • Məqalələr
  • 17.10.2025, 09:42
  • Alo, Həkim

Əcnəbi lətifələr

- Doktor, xahiş edirəm dərhal gəlin. Həyat yoldaşım appendisit tutması keçirir!

- Narahat olmayın. İki il əvvəl arvadınızı əməliyyat edərək appendiksi çıxartmışam. Adamda ikinci appendiks ola bilməz!

- Əlbəttə, həkim! Amma insan ikinci arvad ala bilər.

 

Diş həkimi kresloda oturub xəstəyə müraciət edir:

- Dişinizi yonmağa başlayan kimi, xahiş edirəm daha yüksək səslə qışqırın.

- Niyə?!

- Gözləmə zalında tam bir xəstə izdihamı var və on dəqiqədən sonra futbol kuboku matçı başlayır.

 

Həkim balıqçı xəstəsinə deyir:

- Təzyiqiniz yüksəkdir.

- Yəqin bu, balıq tutmağın nəticələridir?

- Balıqçılıq, əksinə, sakitləşdirir...

- Sizinlə razıyam, həkim. Amma mən qanunla qadağan olunmuş yerdə balıq tuturam...

 

Həkim pasiyentdən soruşur:

– İçirsən?

- Xeyr.

– Siqaret çəkirsən?

- Xeyr.

- Kart oynayırsan?

- Xeyr.

- Bəs qadınlar?

- Mən onlardan qaçıram.

- Bir dənə də olsun qüsurunuz yoxdur. Onda niyə gəlmisən?

- Var, doktor.

- Hansı biri?

- Çox yalan danışıram.