25.04.2025, 00:11
GəyirməUşaq psixologiyası
Valideynləri tez-tez dalaşan uşaqların tərbiyəsi tədricən pozulmaya doğru gedir və eyni zamanda və bu vəziyyət uşaqların yuxu rejiminə də ciddi təsir etmiş olur. Amerika alimləri belə müşahidə etmişlər ki, uşaqların yanında valideynlərin dalaşması onların çox pis yatmasına gətirib çıxarır. Artıq çoxdan məlumdur ki, münaqişəli ailələrdən olan uşaqlar daha tərbiyəsiz olur. Amma münaqişənin yuxuya olan təsiri sonradan ciddi fəsadlar vermiş olur. Alimlərin tədqiqatlarından aydın olmuşdur ki, münaqişəli ailələrdən olan uşaqlar da digər ailədən olan uşaqlarla eyni vaxtda yuxuya gedir, amma çox pis və az yatırlar. Ona görə də, münaqişəli ailədən olan uşaqlar gün ərzində yuxusuzluqdan əziyyət çəkirlər.
Ailə münaqişələri və ya münaqişəli ailələr.
Ailə bir-biri ilə mübahisəsi qaçılmaz olan fərdilikdən ibarət canlı bir sistemdir. Onlar ailənin problemlərini, onun üzvlərinin hisslərini aydınlaşdırmaq istəyir.
Lakin ailədə baş verən adi münaqişələri münaqişəli ailələrdən ayırmaq lazımdır. Ailədə münaqişə, məsələn, müəyyən təhqirlərlə və qab-qacağın sındırılması ilə müşahidələr heç də münaqişəli ailə demək deyil. Ailədə sabitliyin bərpa olunması çətin və fasiləsiz bir prosesdir. Bu halda mehribanlıq, əzmkarlıq və bütövlüyə can atmaq daha yaxşı olardı.
Əsl münaqişəsiz ailələr onda olur ki, onlar uzun müddət birgə yaşayır, problemlərin artıq bir çoxu həll olunmuşdur. Hər iki tərəf bir-birini qəbul edir.
Münaqişəli ailələrdə mənzərə tamam başqadır. Onlarda münaqişə əhəmiyyətsiz səbəbdən meydana gələ, dava-dalaş davam edə və bir-birini günahlandırma, təhqirlərlə davam edə bilər. Bu gərginliyin artmasına və münaqişənin xroniki hal almasına gətirib çıxarır. Belə münaqişələr hər bir ailə üzvünə mənfi təsir göstərir və münasibətlərin qırılması ilə nəticələnir. Ailə münaqişələrindən ən çox əziyyət çəkən isə uşaqlardır. Bu uşaqlara birbaşa olmasa da dolayısı ilə təsir edir və onun şəxsiyyət kimi formalaşmasında özünü göstərir. Bu vəziyyətdə hadisənin inkişafının üç variantı ola bilər:
- uşaq valideyn küsməsinin, davasının, bir-birinə hücumun şahidi olur;
- uşaq valideynlər arasındakı emosionallığın “ildırım keçiricisi” rolunu oynaya bilər;
- uşaq münaqişənin yaranmasında bir vasitə ola bilər.
Dinməz şahid.
Uşaqların psixoloji inkişafı üçün valideynlər vahid baza rolunu oynayır. Onlar dalaşan zaman nadir hallarda uşağın gələcək tərbiyəsində bu davaların nə kimi rol oynaması haqda fikirləşirlər. Qayğı hissi uşağın özünə arxayınlığını və dünyaya inamını artırır. Tez-tez baş verən münaqişələr uşaqda etibarlılıq və qayğının itməsinə gətirib çıxarır. Uşaq qorxu hissləri keçirir, gecə qarabasmalarına düçar olur, özünə qapanır, qərarsız olur, öz qabiliyyət və bacarığını dəyərləndirə bilmir. Kiçik yaşlı uşaqlar böyüklər arasındakı ziddiyyəti başa düşə bilmirlər. Çünki onların gözündə hamı yaxşıdır. Münaqişələri görəndə isə bunu dünyanın dağılması kimi qiymətləndirirlər. Onlar hətta bunun səbəbini başa düşmədiklərindən bəzən günahı öz üzərlərinə cəmləşdirirlər.
Uşağın belə qəlb zədəsi yəni necə deyərlər, hər şeyi ürəyinə salması bir sıra diqqət pozğunluğu, qorxu kimi nevrotik pozulmalara gətirib çıxara bilər.
Beləliklə, istənilən xoşagəlməz ailə münaqişəsi uşaqlarda şəxsiyyətdaxili münaqişə formalaşdırır: emosional sabitsizlik, özünə inamsızlıq, gərginlik, özünəqapanma və soyuqluq...
İstənilən dava-dalaş zamanı valideynlər özlərini saxlamağı, bunu uşaqların gözü qabağında etmə-məlidirlər. Çünki bu ən çox uşaqlara zərər gətirir. Əgər söz-söhbət uşaqların yanında yaranırsa, onda onu pozitiv olaraq başa çatdırmaq lazımdır.