Tibbi əlcəklər
  • Məqalələr
  • 01.10.2024, 13:47
  • Alo, Həkim

Tibbi əlcəklər

1889-cu ildə amerikalı cərrah Uilyam Styuart Xolsted həkimin əllərini qoruyan və yaraya mikrob düşməsinin qarşısını alan ilk tibbi əlcəkləri kəşf etmişdir.

XIX əsrin sonlarında cərrahi əməliyyatlar zamanı yaraların işlənməsində karbolov (müasir adı fenol) turşusundan istifadə edilirdi. Bu maddə 1865-ci ildə antiseptik vasitə olaraq Cozef Lister tərəfindən təklif edilmişdi. Maddə güclü toksik xüsusiyyətə malik olduğundan qarışığı və buxarı dərini, gözün selikli qişasını, nəfəs yollarını qıcıqlandırırdı.

Lister əməliyyatlar zamanı pasiyent və cərrahın antisüptik işləməsi üçün özünün ixtirası olan fenol püskürdən aparatdan istifadə edirdi. Belə dezinfeksiya metodu rahat deyildi, pasiyenti bürüyən fenol buludu həkimin dəqiq görməsini əngəlləməklə yanaşı həm də zəhərli buxarı cərrahın əllərini və üzünü yandırırdı. Tezliklə o qədər də effekt verməyən bu aparatdan imtina edilsə də, dəridə qıcıqlanmalar yaratmasına baxmayaraq fenoldan istifadə davam edirdi. Bir çox tibb işçiləri bu dezinfeksiyaedici maddələrə görə işlərini dəyişməyi düşünürdülər. Belə tibb işçilərindən biri də elə cərrah Styuartın tibb bacısı Karolina Hempton idi. Həkim özü tarixçəni belə nəql edirdi:

“1889-90-cı illər idi, mənim yanımda çalışan tibb bacısı şikayətlənirdi ki, bu maddələr onun əllərində dermatit yaradır. O, çox peşəkar tibb bacısı idi və mən də onun bu şikayətinə diqqət ayırdım. Nyu-Yorkda olanda firmalardan birinə eksperiment olaraq iki cüt nazik rezin əlcək düzəltməyi sifariş verdim. Nəticədə onlar o qədər uğurlu alındı ki, daha bir cüt sifariş etdim. Payızda şəhərə qayıdandaəməliyyat zamanı mənə alətləri və iynələri verən assisentimə də bu əlcəkdən lazım oldu. Bir müddət keçdikdən sonra assisentlər əlcəklərə elə öyrəşdilər ki, hətta bütün əməliyyat boyu onıarı çıxarmırdılar”.

Bu hadisələr o qədər yaddaqalan oldu, tibb tarixinə keçdi ki, hətta məhəbbətə belə çevrildi və 1890-cı ildə cərrah Uilyam Holsted  və tibb bacısı Karolina evləndilər. Həkimin digər bir assisenti onların ittifaqını belə təsvir edirdi: “Venera Eskulapın dadına çatdı”.

Həmin dövrdə rezin əlcəklərin mübahisəsiz müsbət tərəfləri çox idi amma kifayət qədər mənfi cəhətləri də var idi. Onlardan biri də bu idi ki, rezin kifayət qədər sıx materialdır və buna görə də əməliyyat zamanı cərrahın əllərinin hissiyyatı itmiş olur. Bu problemi yalnız 1964-cü ildə həll etmək mümkün oldu. Həmin il prezervativlər istehsalı sahəsində ixtisaslaşmış bir firma cərrahəlara öz məhsulunu təklif etdi. Bu lateksdən olan birdəfəlik əlcəklər idi.

Sonrakı illərdə əlcək istehsalında pudradan istifadə etməyə başladılar ki, bu da onun rahat geyinilməsini təmin edirdi. Yeni başlanğıcda bu qarğıdalı kraxmalı idi, sonrakı illərdə onun yaranın sağalmasına mane olmasını görüb başqa maddələrlə əvəz etdilər. İndi prisıpkana o qədər istifadə edilmir və ya çox az miqdarda əlavə edilir.

Zamanla tibbi əlcəklər fərqlənməyə başladı, yəni steril və steril olmayan əlcəklər meydana gəlmiş oldu. Steril olmayan əlcəklərdən xəstə müayinəsində, tibbi texnika ilə işləyəndə, laboratoriyalarda və terapevtik prosedurlarda istifadə edilir. Onlar yumşaq, rahat olmaqla yanaşı həm də sağ və solu olmur.

Cərrahi əlcəklər isə anotomik formaya malik olub bilavasitə əməliyyatlarda istifad olunur.

XX əsrin sonlarında tibbi əlcəklər istehsalında neopren, vinil, nitril və poliuretan kimi yeni materiallar meydana çıxdı. Lateksə qarşı allergiya səviyyəsi yüksək olduğundan tibb işçiləri arasında yenilərinə təlabat daha çoxdur.