25.04.2025, 00:11
GəyirməSiqaret və xanımlar
Siqaret çəkərkən tüstü ağzınızdan boğaza keçərək ağciyərlərə düşür. Siqaret tüstüsündə 4 mindən çox kimyəvi və zəhərləyici, eyni zamanda xərçəng yaradan maddələr vardır. Məsələn, formaldegid, benzol, arsen və s.. Bu maddələr orqanizmin toxumaları ilə təmasa gedir. Tüstü ciyərlərə çatanda qətran şəklində orada çökməyə başlayır. Çoxlu miqdarda kimyəvi maddələr ağciyərlər vasitəsilə qana keçir. Karbon oksidi qanda olan oksigenin bir hissəsinin yerini tutmuş olur. Bu da bütün orqanlarda, xüsusilə də beyində oksigen çatışmazlığı əmələ gətirir.
Qana düşən kimyəvi elementlərdən biri də nikotindir. Onun mütəmadi qəbulu nikotin asılılığına gətirib çıxarır. Nikotin alkaloid olub tütün tərkibində 2% təşkil edir. Siqaret çəkən zaman o orqanizmə sorulur. Güclü zəhər kiçik dozalarda sinir sisteminə qıcıqlandırıcı təsir edir, böyük dozalarda isə iflic (nəfəsalmanın kəsilməsi, ürək fəaliyyətinin dayanması) yaradır.
Siqaret çəkən zaman o qədər də böyük olmayan dozalarda müntəzəm olaraq nikotin udulması nikotinizm yaradır. Nikotin sulfatından kənd təsərrüfatı bitkilərinin ziyanvericilərinə qarşı mübarizədə istifadə edilir.
Siqaret tüstüsü ağciyərlərlə əlaqədə olduğu təqdirdə xərçəngə yoluxma, pnevmoniya, enfizema, xroniki bronxit və digər bu kimi nəfəsalmanı çətinləşdirən ağciyər xəstəliklərinə yoluxma risqini artırır. Xoşbəxtlikdən bir çox dəyişikliklər dönmə qabiliyyətinə malikdir.
Siqaret çəkmə ağciyər, boğaz və ağızda xərçəng yarada bilər. Tüstüdə olan kimyəvi maddələr qana keçdiyindən xərçəng digər orqanlarda da yarana bilər. Tütün tüstüsündə olan kimyəvi maddələrin hərəkət effekti miokard infarkt və digər ürək xəstəliklərinə tutulma üçün əsas faktorlardan biri hesab olunur.
Miokard infarkt ürəyin tac damarlarının qan dövranının pozulması nəticəsində (ateroskleroz, tromboz və s.) ürək əzələlərində infarktın yaranması ilə xarakterizə olunan ürək-damar xəstəliyidir. Miokard infarktın inkişafına siqaret çəkmək də imkan yaradır.
Siqaret çəkmə sizin zahiri görkəminizə də mənfi təsir göstərir. O dişlərin və əllərin saralması ilə müşahidə olunur və eyni zamanda qırışların artmasına gətirib çıxarır.
Uzun müddət siqaret çəkənlərin ürək əzələləri qıcolmaya məruz qalır və nəticədə toxumalarda çoxlu kiçik çatlar yaranır.
Siqareti tərgidəndə ...
... axırıncı siqretdən 20 dəqiqə sonra - arterial təzyiq normal vəziyyətə enir, ürəyin işi bərpa olunur, ovuc və dabanda qan təchizatı yaxşılaşır.
8 saatdan sonra qanda oksigen təminatı qaydasına düşür.
2 sutkadan sonra dad və qoxubilmə qabiliyyəti güclənir.
1 həftə sonra sifətin rəngi yaxşılaşır, saçda və dəridə olan xoşagəlməz qoxu çəkilmiş olur.
1 ay sonra nəfəsalma qaydasına düşür, yorğunluq yox olur, əsasən də səhərlər olan başağrıları artıq olmur, öskürək daha narahat etmir.
Yarım ildən sonra nəbz qaydasına düşür, idman göstəriciləri yaxşılaşır və siz daha sürətli qaçış edirsiniz.
Bir il sonra ürəyin tac damarlarının xəstələnməsi risqi siqaret çəkənlərə nisbətən yarıbayarı azalır.