Sellülit
  • Məqalələr
  • 23.09.2024, 18:05
  • Alo, Həkim

Sellülit

Sellülitə qalib gəlmək, onun qarşısını almaq elə də asan deyil, amma mübarizə vasitələri çoxdur. Onunla unversal mübarizə vasitəsi yoxdur. Ən yaxşı təsiredici vasitə isə problemi həll etmək üçün prosedur kompleksini seçməkdir.

Bugün bütün problemləri insulinin belinə yazırlar. Bu hormonun fəallığı maddələr mübadiləsinə və eyni zamanda piy hüceyrələrinin yaranmasına təsir edir. Müntəzəm stres orqanizmi daha çox insulin yaratmağa məcbur edir ki, bu da maddələr mübadiləsinə gətirib çıxarır. Nəticədə dərinin altında qalın piy qatı əmələ gəlir. Burada mayenin axması pozulur və portağal qabığı effekti yaranır. Ümumiyyətlə desək, bütün sinir xəstəlikləri və hətta sellülit bir bəladır.

Sellülitlə mübarizəyə başlamamışdan qabaq onun hansı mərhələdə olduğunu təyin etmək lazımdır. Bunun üçün dərini barmaqla sıxmaq lazımdır. Əgər qabarcıq dərini sıxarkən üzə çıxırsa, deməli bu sellülitin birinci mərhələsidir. Yəni qan dövranı və maye axını ləngimələri başlamışdır.

İkinci mərhələdə qabarcıqlar aydın görünür. Dərinin şişməsi əmələ gəlir və həssaslığı artır.

Üçüncü mərhələdə dərinin nahamarlığı barmağı sıxmadan da görünür. Damarların divarları zəifləyir və problemli yerlərdə ağrılar hiss olunur.

Dördüncü-sonuncu mərhələ isə xoşagəlməz mənzərə yaratmış olur.

Yadda saxlamaq lazımdır ki, sellülit I və II mərhələdə olanda evdə müalicə olunur. Artıq III və IV mərhələlərdə salon prosedurları keçmək zərurəti yaranır.

Sellülitlə əsas mübarizə qan dövranının yaxşılaşdırılması, maddələr mübadiləsinin fəallaşdırılması və əzələ sisteminin möhkəmləndirilməsidir.

Bunu üçün zəruridir:

- “Stres əleyhinə” proqram. Elm təsdiq edir ki, biz nə qədər çox əsəbləşiriksə, sellülit bir o qədər proqressivləşir. Stresdən gizlənmək olmur, amma hər birimiz problemlərə yanaşma tərzimizi müəyyənləşdirməli, heç nəyi qəlbimizə yaxın buraxmamalıyıq. Yoqa ilə məşğul ol, relaksasiya texnikasını mənimsə-bunlarsız günümüzdə cavanlıq və sağlamlığı qoruyub saxlamaq çətindir.

- Düzgün qidalanma. Aşağı kalorili pəhrizlər də sellülitin inkişafına təkan verir. Rasiondan yağları tamamən çıxarmaq olmaz, onlar dəridə nəmliyi saxlamaq üçün orqanizmə çox lazımdır. Rafinə olunmamış bitki yağları ideal variantdır, salatları onlarla istədiyiniz qədər bəzəyə bilərsiniz. Duz, alkoqol və sadə karbohidratlar (çörək, un, makaron) suyu orqanizmdə ləngidir, ona görə də yaxşı olar ki, onlardan imtina edəsiniz.

- Toksinlərdən canınızı qurtarın. Onlar maddələr mübadiləsini ləngidir. Otlardan (yovşan və dazıotu) dəmləmələr kömək edir, eyni zamanda yaşıl çay, soğan, sarımsaq, istiot, zəncəfil və mixək də faydalıdır. Yeməkdən sonra insulin yaranması aktivləşir, ona görə də, sellülitdən qurtarmaq üçün olan prosedurları ya yeməyə qədər yerinə yetirmək lazımdır ya da bir neçə saat ondan sonra. Yoxsa onlar sadəcə effekt verməyəcək.

- Fiziki hərəkətlər. Sellülit o yerdə yaranır ki, orada əzələlər az gərgin olur və qan dövranı pozulur. Qarın, yan, baldır əzələlərinin möhkəmləndirilməsi üçün ən effektiv hərəkətlər dizləri qatlayaraq oturub-durmaq və ayaqları dairəvi fırlatmaqdır (gündəlik hər hərəkəti 100-150 dəfə etməklə).

- Sellülit əleyhinə vasitələr. Sellülit üçün möcüzə yaradan kremlər yoxdur, amma elə vasitələr vardır ki, profilaktik təsirə malikdir. Onlar tərkibində olan kofeinin, teoflinin hesabına yağları yandırır, qonur yosun (laminariya və fukus) ekstratları təsirindən şişləri aradan götürür.

- Masaj. Sellülit əleyhinə kremlər yalnız masajla birlikdə təsirini göstərir. Efir yağları ilə masaj olunanda elffekt daha da artır. Mütəxəssislər limon, kedr, ardıc yağlarından istifadə etməyi məsləhət görürlər. Məsələn, 25 damcını 70 ml bitki yağına əlavə etməli və bu qarışıqla problemli yerləri silmək lazımdır.