25.04.2025, 00:11
GəyirməRasional qidalanma
Qidalanmanın həm heyvan həm də bitki tərkibli ərzaqlar daxil etməklə balanslaşdırılmış və maksimal müxtəlifliyinin olması vacibdir. Hər hansı bir seçilmiş ərzaqla maraqlanmaq düzgün olmazdı. Orqanizmə optimal miqdarda həm zülal həm yağ həm də karbohidrat daxil olmalıdır. Tərəvəz və meyvələr əvəzedilməzdir, çünki onlar mineral vasitələrin və vitaminlərin əsas mənbəyidir.
“Tibb elminin qanunları” kitabında İbn Sina yazırdı ki, həddən artıq quru qida qəbul etmək güc zəifliyinə, sifətin rənginin korlanmasına və təbiiliyinin solmasına gətirib çıxarır. Yağ bolluğu isə süstlük və iştahanın olmasını yaradır. Daim turş (meyxoş) qida tətbiqi zəifliyə gətirib çıxarır, acı, duzlu isə göz və mədəyə zi-yandır. Əsrlər keçməsinə baxmayaraq dahi alimin məsləhətləri bu gün də aktuallığını itirməyib.
Ən əsası: qidanı maksimum vitaminləşdirmək (rasional qidalanmada meyvə, tərəvəz və giləmeyvə miqdarını artırmaqla) heyvan piylərinin miqdarını azaltmaq (onları yavaş-yavaş bitki mənşəli yağlarla əvəz edərək) təmiz qənd və şirniyyat məmulatlarının tətbiqini məhdudlaşdırmaq (ən yaxşısı qəndi balla əvəz etmək).
Təzə hazırlanmış qidaya üstünlük verilməlidir. Dünən hazırlanmış ən yüksək keyfiyyətli və təzə ərzaqlar belə öz bioloji dəyərini itirir. Təzə hazırlanmış qidalaradan ət, balıq, toyuq yeməli. Onların göyərti və tərəvəzlə hazırlanması (cəfəri, kərəviz, şüyüd, kahı, şirin bibər, kələm, göy soğan və s.) məsləhətdir. Göyərti ət məhsullarının həzminə də kömək edir, tez doyma hissinin yaranmasına səbəb olur, qanda xolesterinin miqdarını azaldır.
Ət və toyuq bulyonları ilə çox maraqlanmayın, onlardan fayda azdır. Həmçinin bulyonda xam ətdə olan radinuklitlərin böyük miqdarı olur. Daha çox da qoyun ətində.
Ət və ət məhsulları meyxoş qidalara aid edilir. O həzmetmə üçün çox çətindir və orqanizmin daxilində turşu-qələvi tarazlığını turş tərəfə yönəldir. “Turş” qidaların həzmi zamanı çoxlu şlaklar əmələ gəlir, “qələvi” qida isə az qalıq verir. Bəzi alimlərin fikrincə isə, turş qida atereskleroz, podaqra (oynaq və toxuma xəstəliyi) və sair xəstəliklərin inkişafına şərait yaradır.
İllər öncə, RF TEA qidalanma institutu rasional adekvat qidalanmanın normativlərini işləmişdir. Onların fikrincə, hər bir insan “turş” ərzaqın bir payına qarşı “qələvi” ərzaqın 6 payını yeməlidir. İnsan qidalanması rasionunun 2/3 hissəsi süd və süd məhsulları (pendir olmamaq şərtilə) və meyvə, tərəvəzdən ibarət olmalıdır.
Gündəlik qidalanma rasionu elə tərtib edilməlidir ki, həftədə 7 dəfə istənilən meyvə-tərəvəzdən salatlar, 5 dəfə zülallı qidalar (ət, balıq, süd, kəsmik), 2 dəfə sıyıq olsun. Yağları əsasən xörəyə əlavə kimi yaxud digər ərzaqların və tərəvəzin kulinar işlənməsi zamanı istifadə edilməli.
Məhdudlaşdıracağınız qidalara aiddir: qənd və ondan hazırlanmış hər şey, bütün növ duzaqoymalar və hisə verilmişlər, qızardılmış yemək, yağlı və şirin olan məmulatlar, donuz piyi, konserv və konservləşdirilmiş ərzaqlar, həmçinin qatılaşdırılmış süd, dondurma, süni bal, spirtsiz qazlı içkilər.
Avropa Mütəxəssislər Assosiasiyası dietanın “7 qızıl qaydası”nı formalaşdırıb. Bunları gözləməklə orqanizmdə yağlar mübadiləsi pozğunluğunu aradan götürmək olar.
1. ümumi yağ istifadəsini 10%-dək endirməli.
2. rasionda doydurucu yağ turşularını (heyvan piyi, yağ, qaymaq, pendir, ət, yumurta) birdən-birə azaltmalı.
3. doydurucu olmayan yağ turşuları ilə zəngin olan ərzaqların tətbiqini çoxaltmalı (bitki yağları, balıq, quş əti, dəniz məhsulları).
4. rasionda sellüloz və təmiz karbohidratların (meyvə, tərəvəz, yarma) payını artırmalı.
5. evdə yemək hazırlayarkən yağ və marqarini bitki yağı ilə əvəz etməli.
6. xolesterinlə zəngin ərzaqların istifadəsini azaltmalı.
7. rasional qidada xörək duzunun miqdarını azaltmalı.
Gün ərzində 3-4 dəfə qidalanmalı. Bu cür qidalanma optimal sayılır. Gecə saatlarında həzmetmə sistemi dincəlməlidir. Son gecə qidalanması yatmamışdan 3 saat qabaq olmalıdır.
Gün ərzində 3 dəfə qida qəbulu zamanı səhər 30-35%, ikinci səhər yeməyi 40-45%, naharda 20-25% qida qəbul etmək olar. Dörd dəfə qəbul etmək üçün isə belədir: birinci səhər yeməyi 25-30%, ikinci səhər yeməyi 20%, günorta 35-40%, şam 10-15%.
Gündəlik menyuya salmalı olduğunuz ərzaqlar bunlardır: sarımsaq, şalğam kimi soğan, quşüzümü, mərsin, qaragilə, çiyələk, motmutu, qara qarağat, qırmızı quşarmudu, itburnu, yemişan, kal boranı, limon, qaysı, ərik, qara gavalı, əncir, xurma, üzüm, bütün növ çərəzlər, yemiş və günəbaxan tumu, qıtığotu, portağal, naringi, bal, gül tozu, kərəviz, istənilən ot çayı, yaşıl çay, dəniz kələmi, qarğıdalı yağı, bütün növ meyvə-tərəvəz şirələri.
Natural qidalanma tərəfdarlarının fikrincə, hər gün yuxarıda göstərilənlərdən heç olmasa üçünü yemək lazımdır.