Qısqanclıq psixologiyası
  • Məqalələr
  • 28.06.2024, 11:45
  • Alo, Həkim

Qısqanclıq psixologiyası

Qısqanclıq acısı çəkməyən xoşbəxt insandır. Ona düçar olanlar qarın nahiyəsində güclü ağrılar, zəif baş ağrıları, bağırsaqlarda müəyyən problemlər, həyəcan tutmaları, başda tutmalardan əziyyət çəkirlər. Ən yaxşı halda qısqanc həmişə başını itirir və hətta cinayət törətməyə belə meyilli olur.

Romanın Saienza universitetinin mütəxəssisi qeyd edir ki, ifrat qısqanclıq tez-tez baş vermir.

Ümumiyyətlə, qısqanclıq qadına yoxsa kişiyə xas xüsusiyyətdir? Qısqanclıq nə zaman patologiyaya çevrilir? Onun hansı növləri vardır?

Beləliklə, qısqanclığın məlum olan beş növü mövcuddur: depressiv, paranoidal, maniakal, boşanma və hipertrofiya qorxusu. Bir çox hallarda qısqanc insanlar xəyanət edirlər. Bu “proyektiv” qısqanclıq adlanır: mən özümdə görmək istədiyim bir çatışmamazlığı başqasında görürəm.

Əslində, bir qədər qısqanc olmaq normal haldır. Amma müəyyən bir hədd vardır ki, onu pozmaq olmaz. Vəziyyəti idarə edə bilməyəcəyini, oxşar səhnələrin gündəlik hal almasını başa düşdükdə görürsən ki, güclü emosiyanın qurbanına çevrilmisən və bu halda psixoterapevtə müraciət etmək zərurəti yaranır.

Mütəxəssis eyni zamanda qeyd edir: “Qısqanclığın cinsi və yaş həddi yoxdur. O əsasən sevdiyini itirmək qorxusundan yaranır. Qısqanclıq paxıllıqdan fərqlənir”.

Hər şeyə çarə var. Mütəxəssislər deyir: “Partnyordan onun əvvəlki həyatı barədə nələrisə təfsilatı ilə soruşmaq qadağandır. Onu izləmək qadağandır. Onun gözə girən hərəkətlərinə, rəftarına həddən artıq əhəmiyyət vermək qadağandır, çətin ki, o, xəyanətə kimi gedib çıxsın. Əgər xəyanət artıq fakta çevrilibsə, həmişə sevdiyini yenidən qazanmağa cəhd etmək lazımdır. Yaxud da sadəcə baş qoşmamaq, əl çəkmək lazımdır”.