25.04.2025, 00:11
GəyirməPsoriatik artrit
Psoriaz xəstəliyi (pullu dəmrov, kəpəklənən dəmrov adları ilə də bilinir) - dərinin üst qatının sürətli çoxalması nəticəsində gümüşü pullanma və dəri altında qızarıqların görürdüyü xroniki gedişli dəri xəstəliyidir. Ən çox olduğu yerlər - saçlı dəri, başın arxası, qulaq ətrafı, dirsəklər və dizlər və dırnaqlardır. Sadəcə dırnaq zədələnməsi ilə gedən formaları da var. Dünya əhalisinin 1-3 %-də psoriaz xəstəliyi vardır. Xəstələrin 30%-nin ailələrində bənzər xəstəlik vardır.
Psoriaz xəstəliyi sadəcə dəri xəstəliyi deyil, əslində autoimmun, metabolik sistem xəstəliyidir. Xəstələrdə xolesterol artması, qaraciyərdə yağlanma, ürək-damar sistemi və şəkər xəstəliyi, gözün iltihabi xəstəliyi, oynaq xəstəliyi yaranma riski yüksəkdir.
Psoriatik artrit - Psoriatik artrit psoriaz xəstələrində görünən oynaq xəstəliyidir (oynaq revmatizmasıdır). Psoriaz xəstələrinin 20-25%-də oynaq xəstəliyi yaranır. Oynaq iltihabi görülən xəstələrin 80-85%-də əvvəlcədən dəri xəstəliyi olur, 15-20%-də dəri xəstəliyi oynaq xəstəliyindən sonra ortaya çıxır. Saçlı dəridə, dırnaqlarda və aralıq nahiyəsində psoriaz xəstəliyi olan insanlarda oynaq xəstəliyi yaranma ehtimalı daha yüksəkdir. Psoriatik artrit bütün oynaqlarda zədələnmə yarada bilər, amma əsasən aşağı ətrafların oynaqlarını (dizlər, topuqlar), oma-qalça oynaqları, bütün onurğa sütunu, dirsək və əl oynaqlarını zədələyir. Psoriatik artritdə sadəcə oynaqlar deyil, oynaq ətrafı toxumalar da zədələnə bilər. Xəstələrin 30-50%-də əl və ayaq barmaqlarının bir və ya bir neçəsində “sosiska barmaq” dediyimiz daktilik görünür. Bir barmaq digərlərinə görə tamamən şişir, həfif qızarır və ağrılı olur. Xəstələrdə vətərin sümüyə bağlanma yerlərində iltihab ola bilər, buna entezit deyilir. Axil enteziti (axil vətərinin daban sümüyünə bağlanma yerinin iltihabı), ayaq pəncə altında plantar fassiit dediyimiz iltihab yarana bilər.
Şikayətləri: Bir və ya bir neçə oynağın şişməsi, qızarıqlığı, hərəkət məhdudiyyəti, daha çox səhər saatlarında olan oynaq ağrısı, hərəkət sonrasında oynaq ağrılarında azalma görülür. Gecə və səhər saatlarında bel, qalça və boyun ağrıları görülə bilər. Əl və ayaq barmaqlarının şişməsi, vətərin sümüyə birləşmə yerində ağrı, topuq və daban ağrısı ola bilər. Xəstələr səhər saatlarında dabanı yerə basanda ağrı və tutuqluq olduğunu ifadə edir.
Xəstələrdə dırnaq dəyişikliyi və göz iltihabı da görülə bilər.
Diaqnoz: Diaqnoz qoymaq üçün özəl test yoxdur. Xəstənin şikayətləri və həkimin ətraflı müayinəsi diaqnozun əsasını təşkil edir. Sadəcə xəstələr deyil, ailə hekayəsini almaq önəmlidir. Psoriaz xəstəliyi olanlarda oynaq iltihabi varsa diaqnoz qoymaq çox vaxt çətin olmur. Qanda iltihab testlərində (CRP, EÇS) yüksəklik diaqnozda dəs-təkləyici olur. Bəzi xəstələrdə qandakı iltihab artmaya bilər. Ehtiyac olduqda diaqnoz qoymaq üçün rentgen və MRT-dən istifadə edilir.
Müalicə: Müalicədə məqsəd xəstələrin ağrılarını, oynaq sərtliyini azaltmaq, oynaq deformasiyasının (əyilməsinin) qarşısını almaq, xəstəyə rahat və ağrısız həyat yaşamaqda kömək olmaqdır. Müalicədə kurs müalicə yoxdur. Psoriatik artrit xroniki xəstəlikdir, müalicəsi uzun müddətlidir və daimi revmatoloq nəzarətində olmalıdır.
Müalicədə ilk mərhələdə qeyri-steroid iltihab əleyhinə dərmanlardan, oynaq içi steroid iynələrdən, bəzi ənənəvi antirevmatizmal dərmanlardan istidadə olunur. Bu müalicələrin faydası yox isə yeni, bioloji dərmanlardan istifadə edilir və bu yeni müalicələrlə xəstələrin 90-95%-də remissiya (xəstəlik əlamət-lərinin düzəlməsi) almaq mümkün olmaqdadır.