Depressiya
  • Məqalələr
  • 03.06.2024, 23:37
  • Alo, Həkim

Depressiya

necə qalib gəlməli?

Gecəni yaxşı yatmamaq, səhər tezdən ailə dava-dalaşı, işdə çətinliklər, doğmalarla işlərin düz getməməsi, yolda tıxaclar, pis hava şəraiti – bütün bular insana mənfi təsir edən amillərdəndir.

Dünyanı qaraya boyayan depressiya nəzərə çarpmadan yaranır. Əvvəlcə elə gəlir ki, yüngül yorulmusunuz, sabah hər şey qaydasına düşəcək. Lakin vaxt gedir, bataqlıq isə getdikcə dərinləşir. Tədricən ətrafda baş verənlərə qarşı bir süstgünlük yaranır. Ümumi zəiflik, baş ağrıları, ürək və digər orqanlarda ağrılar başlayır, tez-tez bu təngə gətirən varlıqdan yaxa qurtarmaq istəyi yaranır. Əksər hallarda bu vəziyyətdən həkimin köməyi ilə çıxmaq mümkün olur.

Depessiya həqiqətən də bəşəriyyətin geniş yayılmış xəstəliyinə çevrilmişdir. Depressiya qurbanları əsasən böyük şəhərlərin əhalisi arasında olur.

Depressiya səbəbləri və onunla mübarizə.

Bu elə bir azardır ki, onun müalicədən çox xəbərdarlığa ehtiyacı vardır. Bunu necə etməli? Bir qayda olaraq, depressiya vəziyyəti yuxusuzluqla müşaiyyət olunur. Yuxu isə ən gözəl müalicədir. Yatmazdan qabaq otağın havasını dəyişin və yaxşı olar ki, pəncərənin nəfəsliyini açıq saxlayasınız. Bu kifayət qədər təmiz havanın içəri daxil olmasıdır ki, bu da yaxşı, çox yatmağınıza, səhər isə daha gümrah oyanmağınıza şərait yaradır. Sağlam bədəndə sağlam ruh olar. İdmanla məşğul olun. Bu istiqamətdə qaçış, üzgüçülük, velosiped və at idmanı, hətta piyada gəzintiləri kömək olur.

Əqli iş və fiziki işi növbələşdirin.

Bunun üçün bağ evlərində istifadə də yerinə düşərdi. Elə bir adam tapın ki, sizinlə qəlbən həmsöhbət olsun. Əgər elə bir adam tapa bilmirsinizsə yastığı qucaqlayıb ağlayın. Ağlamaq da depressiya zamanı yüngülləşdirir. Çalışın həmin günlə yaşayın. Keçmişi keçmişdə qoyun qalsın, yaraları qanatmayın, umu-küsüləri yada salmayın. Gələcəkdən qorxmayın, pis heçnə baş verən deyil.

Şəraiti dəyişin.

Meşəyə, kəndə səyahət edin, tələsmədən gəzib-dolaşın və ya şəhərdə elə yerdə gəzin ki, orda heç vaxt olmamısınız. Əgər qapanıb dörd divar arasında qüssələnsəniz, depres-siya keçən deyil. Bəzən hər şeyi və hamını qulaqardına vurun və doyunca yatmağa çalışın.

Ürəyiniz qəbul edən musiqini dinləyin, yaxşı maraqlı kitablar oxuyun, qəlbinizə yatan yaradıcılıq işləri ilə məşğul olmağa çalışın.

Qidalanmada olan vərdişlərinizi gözdən keçirin. Şokolad və bananın tərkibində əhvalı yüksəldən endorfinlər vardır. Günəbaxan tumu, qoz, kəpəkli çörək, qarabaşaq, yulaf, paxlaB1 vitamininin mənbəyidir ki, bu da sinir sisteminin işinin pozulmasını əngəlləyir. Sağlam və balanslaşdırılmış pəhriz-lərdən istifadə etmək lazımdır. Heç vaxt doyunca və ya əhvalınızı yaxşılaşdırmaq xatirinə yeməyin. Belə qidalanma depressiyanı daha da dərinləşdirməyə qabildir.

Yadda saxlayın ki, bir çox dərmanlar da depressiya əmələ gətirə bilər, məsələn, hipertoniya xəstəliyi zamanı qəbul edilən dərmanların bir neçəsi. Qəbul etdiyiniz hər hansı dərman səhhətinizə pis təsir edirsə dərhal dayandırın.

İnteryer də psixi cəhətdən insana təsir edir.

Özünüzü qırmızı əşyalarla əhatəyə alaraq, yeni divar kağızları yapışdırmaq, şəraiti dəyişərək mənzildə daha işıqlılıq və genişlik yaratmaqla əhvalınızı yaxşılaşdıra bilərsiniz.

Həyatda qarşınıza məqsəd qoyun və nə olursa olsun inamla irəli getməyə çalışın. Depressiyadan uzaşmağı qarşınıza məqsəd qoysanız onu tamamilə həyatınızdan çıxarmağa nail ola bilərsiniz.