25.04.2025, 00:11
GəyirməHamiləlik zamanı müayinələr
Hamiləlik müayinələrinə keçmədən öncə vurğulamaq istəyirəm ki, hamiləlik planlayan qadınlar öncədən ginekoloji müayinədən keçməlidirlər. Bu müayinə zamanı qadında hamiləliyə əngəl ola biləcək problemlər araşdırılır və qarşısı alınır. Həmçinin qan analizlərinə baxaraq, anormal göstəricilər varsa müalicə edilir. Bundan başqa, hamiləlik planlayan qadınlara 400 mcq Fol turşusu başlanılır. Fol turşusunun hamiləliyin ilk 3 ayında da istifadəsinə davam edilir.
Hamiləlik müayinələrinin ilki aybaşı gecikməsindən 1 həftə -10 gün sonra olmalıdır. İlk müayinə zamanı ulrasəs ilə baxılaraq, hamiləliyin varlığı yeri və dölün sayı müəyyənləşdirilir. Dölün ürək döyüntüləri izlənilir. Növbəti müayinə adətən 12-14-cü həftələrdə aparılır. Bu zaman döldə olan qüsurların 40-50%-ə diaqnoz qoyulur, eyni zamanda 2-li test edilir. 2-li test vasitəsi ilə trisomiyaların skriniqi olur, riskli qruplar müəyyən edilir. Əgər hamilə pasient 2-li testi vaxtında ettirməyibsə, 16-18-ci həftələrdə 3-lü və ya 4-lü test edilə bilər.
20-24- cü həftələr daxili orqanların ultrasəslə skrininqi üçün ən ideal zamandır, bütün hamilələrə bu müayinə-dən keçmək tövsiyyə olunur.
24-28-ci həftələr arasında şəkər yükləmə testi edirik, xüsusiylə hamiləlik diabeti üçün yüksək risk qrupundakı hamilələrin bu testi etdirməsi mühümdür. 32-ci həftədən sonra 2 həftə ara ilə, 37 həftədən sonra isə 1 həftə ara ilə hamilələri kontrola çağırırıq. Son trimestrdəki müayinələrin əsas məqsədi, dölün inkişafına, çəkisinin artma-sına və dölyanı mayesinə nəzarət etməkdir. Həmçinin 32-ci həftədən sonra kardiotokoqrafiya müayinəsi də aparılır.
Təxmini doğum zamanı 38-41-ci həftələr arasında olur.
Bütün hamilələrə sağlam hamiləlik periodu və rahat doğum arzulayırıq.