25.04.2025, 00:11
GəyirməHamiləlik və qidalanma
Hamiləlik dövründə düzgün qidalanma dölün inkişafı üçün düzgün şərtlərdən biridir. Yazıda əsasən meyvə-tərəvəz və süd məhsullarından danışacağıq. Ərzaq məhsullarının tərkibindəki vitamn və mikroelementlər hüceyrənin genetik inkişaf proqramının düzgün yerinə yetirilməsi kimi proseslərin dəqiq və sürətli gedişaatını təmin edir.
Hamiləlik dövründə hər bir qidanın sutka ərzində əlavə 300 kkal-a ehtiyacı olur. Əgər gələcək ana normadan az çəkiyə malikdirsə, onda bu təlabat sutka ərzində 500 kkal. olur.
Meyvə-tərəvəz.
Meyvə-tərəvəz mikroelementlər, sellüloz və orqanik turşular üçün vitamin mənbəyidir. Hamilə qadınlar gündəlik bu qurupdan olan dörd məhsulu qəbul etməlidirlər. Vitaminlərlə zəngin qurupdan A və C-ni seçin, başqalarından isə zövqə görə 2-3 meyvə.
- A vitamini mənşəlilər: ərik, yemiş, kök, balqabaq, şirin kartof, tünd yaşıl yarpaqlı tərəvəzlər, şalğam, çuğundur.
- C vitamini mənşəlilər: rəngli kələm, qarpız, portağal, limon, qreypfurt, çiyələk, pomidor, şirin bibər, ispanaq, kivi.
Digərləri: badımcan, noxud, kartof, alma, banan, albalı, üzüm, gilas, armud, gavalı, ananas, xiyar, moruq və s..
Süd və süd məhsulları.
Bu qurup məhsulların əsas vəzifəsi dölün sümük sisteminin normal formalaşması üçün zəruri olan kalsiumu təmin etməkdir. Bundan başqa, onların tərkibində zülal, yağlar və orqanik turşular vardır. Siz gün ərzində 4 stəkan (təqribən 800 ml) süd içməlisiniz ki, zəruri olan kalsiumu ala biləsiniz. Bir stəkan süddə olan kalsium eynilə bu miqdarda göstərilən süd məhsullarında da vardır: yarım stəkan şirin süddə, iki hissəyə kəsilmiş pendirdə, stəkanın 1/3 ölçüsündə quru süddə, bir qutu yoqurtda, bir stəkan yarım dondurmada, 40 qram bərk pendirdə.
Südü xammal şəklində istifadə etmək arzuolunmazdır. Qaynama prosesində kalsium dağılmır, zülal isə orqanizm üçün daha əlverişli şəkil alır. Eyni zamanda, qida zəhərlənmə infeksiyası bu halda sıfra enmiş olur.
Əgər süd sevmirsinizsə (məsələn, laktaz çatışmamazlığı ya da allergiya varsa) və ya ümumiyyətlə süd məhsulları istəmirsinizsə, bu halda mütəxəssisə müraciət etmək mütləqdir, çünki gələcək dölə kifayət qədər kalsium lazımdır.
Maye qəbulu.
Sutkalıq maye təlabatınız 6-8 stəkandır. Bu mayeyə süd, şirələr, bulyonlar və digər birinci yeməklər daxildir. Qəhvənin döl üçün zərərini də unutmayın, qəhhvə və tünd çay qəbulunu da bir qədər məhdudlaşdırın.
Vegetarian qidalanma.
Zülal təlabatını qidaya ət və balıq məhsulları əlavə etmədən də təmin etmək olar. Lakin tamamilə vegetarian pəhrizi (süd və yumurta xaric) problemlər yaradır. Ən əsası da kalsium çatışmamazlığı yaranır. Bundan başqa, B12 vitamini azlığı baş verir ki, bu da qadını anemiyaya, dölü isə oksigen çatışmamazlığına aparır. Ona gprə də, bu məsələni həkimlə məsləhətləşməyi unutmayın.
Əlbəttə ki, bu məsələni mükəmməl adlandırmaq olmaz. Lakin siz bunları öz rasionunuzun qiymətləndirilməsi üçün istifadə edə bilərsiniz.
Unutmayın, qidalanmanızın xarakteri gələcək körpə üçün çox vacibdir.
Həkimlə əlaqə:
+994 50 797 17 07