Diş məcunu
  • Məqalələr
  • 18.08.2024, 10:44
  • Alo, Həkim

Diş məcunu

İnsan üçün dişlərin təmizlənməsindən adi bir şey yoxdur. Uşaqlara belə kiçik yaşlarından gündə iki dəfə dişlərini təmizləməsi öyrədilir.

XX əsrin əvvəllərinə kimi ağız boşluğuna müntəzəm qulluq mədəniyyəti demək olar ki, yox idi. Müasir diş məcununun prototipinə qədim misirlilərin əlyazmalarında (e.ə. 5000-3000 il) rast gəlinir.

Alimlərə Qədim Hindistanda Buddanın ağız gigiyenası üçün tövsiyə etdiyi Tanrı Sakkadan “çubuqlar”dan istifadə etməsi ritualının mövcud olduğuna dair sübutlar vardır.

Bu tarixi faktlar olsa da çox qədimlərdə dişlərə qulluq mədəniyyətindən danışmaq şərti olardı.

Yalnız XVIII sonu ilk müxtəlif diş tozunun ortaya çıxması ilə əlamətdar oldu. Avropada ilklərdən biri Böyük Britaniya oldu. Tərkib dəfələrlə dəyişirdi. On il ərzidə qarışığın resepti tamamən dəyişmiş oldu. Diş tozunu mükəmməl saymaq olmazdı.

Diş tozunun məcuna çevrilməsi ideyası XIX əsrin ikinci yarısında meydana gəlmişdir. Müasir dişə qulluq vasitəsini amerikalıların adına yazırlar. Lakin bu doğru məlumat deyil. Amerikada ağız boşluğuna qulluq üçün olan ilk pastaya bənzər vasitələr 1892-ci ildə meydana gəlmişdir. Amma bu diş pastasının təyinatı müasir olandan tam fərqli idi. Amerikan məcunları profilaktik və müalicəvi xarakter daşımırdı, sadəcə nəfəsi təravətləndirmək üçün istehsal edilirdi.

İlk müalicəvi-profilkatik vasitə Almaniyada meydana gəlmişdir. Diş məcununun əsl yaradıcısı alman aptekinin “sadə əməkdaş”ı Ottomar Haynsius fon Mayenburqdur. O, 1907-ci ildə Drezdendə aptekin çardağında formula üzərində ilk təcrübələr apararkən “sadə əməkdaş” idi.

Çardaqda oturaraq ilk sınaqları aparan Mayenburqun özünün bu nailiyyətə inandığını indi demək çətindir. Amma bu ideya stomatologiyada çevrilişə səbəb oldu, müəllifini varlandırdı və məşhur etdi, diş məcununun özünü isə hər bir vanna otağı üçün mütləq elementə çe-virdi.

Hər şey diş tozunu daha rahat istifadə üçün məcun halına gətirməkdə və onu metal qaba yerləşdirməkdən başladı. Həmin vaxtlar Avropada ağız boşluğuna qulluq üçün bu vasitənin istifadəsi sistemli xarakter daşımırdı. Diş tozu və ya ağız yaxalayıcısı diş və damaq xəstəlikləri zamanı stomatoloqlar tərəfindən təyin edilirdi.

Ottomar amerikalıların nəfəs təravətləndirici məcunları haqqında eşitmişdi. Bunu Avropada çox az adam bilirdi. Mayenburqun ideyası daha geniş miqyaslı idi. O, nəfəsi təravətləndirmək və ya dişlərin təmizlənməsi, üçüncü, kariesin profilaktika və müalicəsi üçün bir neçə vasitənin ayrı-ayrılıqda işlənməsində məna görmürdü. Komleks qulluq üçün universal bir şey yaratmaq mümkünsə bu qəlizlik nəyə lazımdır. Almanda bu ideyanın yaranması məntiqlidir.

Mayenburq ideyanın inkişafına diqqətlə yanaşdı. Diş məcunu bir neçə problemi effektiv həll edirdi:

- Məcunabənzər forma təmizləmə formasını rahatlaşdırırdı, yəni ətrafa sıçrayan tozu unutdururdu.

- Kiçicik metal qab (tyubik) müəyyən olunmuş qədərində olan vasitəni istifadə etməyi asanlaşdırırdı.

- Tərkib kariesin yaranma təhlükəsini azaltmaqla yanaşı dişləri keyfiyyətyli təmizləyirdi. Eyni zamanda tərkibinə əlavə edilmiş aroma yağlarının hesabına nəfəsi də təravətləndirirdi. Vacib məqamlardan biri də diş məcununun gündə minimum iki dəfə tətbiq edilməsi idi.

Deməli, genişmiqyaslı reklam kampaniyası zəruri idi. Kampaniya iki məqsəd güdürdü:

1. Vasitənin özünün reklamı

2. Ağız boşluğu gigiyenasının müntəzəm təbliği və təlimi. Çünki məcundan müntəzəm isstifadə deyilən effektə zəmanət verirdi.

Fon Mayenburqun biznesi.

Mayenburq diş məcununun istehsalı üzrə əsl imperiya qurdu. Məhsul üçün adı o hələ Drezdendə çardaqda çalışarkən, yəni metal qaba məcunu əli ilə doldurarkən fikirləşmişdi.

Tezliklə bütün Almaniya yeni diş məcunu olan “Hlorodont” haqqında eşitmiş oldu. Bu yalnız başlanğıc idi.

Bu diş məcununun ilk nümunələrinin meydana gəlməsindən cəmi 4 il sonra “Hlorodont” doğma vətəni Drezdendə keçirilən beynəlxalq gigiyena sərgisində qızıl medala layiq görüldü. Ottomarın əvvəllər çalışdığı aptek onun şəxsi əmlakı oldu, təlabata uyğun olaraq işlər aptek laboratoriyasını aşmış oldu. 1917-ci ildə burada laborant sayı artıq 60 nəfər idi, istehsal isə əsl fabrik səviyyəsinə çatmışdı. Müəssisə təkcə diş məcunu istehsalı ilə məhdudlaşmayaraq çeşidli gigiyena məhsulları ilə genişləndi. “Hlorodont” isə əsas məhsul olaraq bütün dünyanı fəth etmiş oldu.

Alman rasionallığı və praqmatikliyi unikal məhsul yaratmaqda, uğurlu biznes qurmaqda Ottomara kömək oldu. Ottomar kifayət qədər nanə yetişdirmək üçün torpaq sahələri aldı, metal məcun qabları isitehsalı üçün zavod tikdirdi. Reklam kampaniyası genişləndirildi və Almaniya sərhədlərini aşaraq 10 dildə davam etdirilməyə başlanıldı.

Aktiv fəaliyyətin uğurlu nəticəsi olaraq “Hlorodont”-un 25 illik yubileyində Drezden fabrikinin işçi sayı 1500 nəfər idi. Firma müxtəlif ölkələrdə özünün 20 filialını təsis etmişdi. Bu məcun sahibini ağılagəlməz dərəcədə varlandırdı. Ottomar 24 iyul 1932-ci ilə vəfat etsə də bu brend uzun müddət dünya lideri olmaqdan geri qalmadı.