Arıqlamaq üçün hərəkətlər
  • Məqalələr
  • 27.04.2024, 18:14
  • Alo, Həkim

Arıqlamaq üçün hərəkətlər

Arıqlamaq üçün hansı pəhrizə əl atsanız belə, bədən quruluşunu yaxşı formaya salmaq üçün fiziki hərəkətlərdən istifadə etmək daha məqsədəuyğundur. Onsuz hər bir pəhriz mənasızdır. Bunun üçün sizə sadə, 15 dəqiqəlik hərəkətlər kompleksini təqdim edirik. Gündə 15 dəqiqə bu hərəkətləri yerinə yetirməklə əhəmiyyətli dəyişiklikləri əldə etmək mümkündür.

Beləliklə, başlayırıq: düz vəziyyətdə durun. Kürək, boyun, baş bir xətt üzrə dayanır, deməli onurğada heç bir əyilmələr yoxdur. Əvvəlcə boyun nahiyəsindən başlayırıq.

Boyun. Baş. 

Çıxış vəziyyəti: çiyinlər bərabər vəziyyətdə və əllər beldə. Başımızı yumşaq şəkildə əyirik, çalışın bu vəziyyətdə qulağınız çiyninizə dəysin. Əgər həmin an bu alınmırsa (əsasən yeni başlayanlarda olur), tələsməyin və yadda saxlayın ki, hər şeyin öz vaxtı var. İlkin olaraq 10 dəfədən başlayın. Eyni hərəkəti əks istiqamətdə də yerinə yetirin.

Əllər.

Ayaqlar çiyin bərabərində, əllər yanlara açılmış və olvuc hissəsi yuxarı olmaqla düz durun. “Bir”  deyəndə ovucumuzu 360 dərəcə çeviririk, “iki” deyəndə çıxış vəziyyətinə qayıdırıq.

Hərəkətləri yerinə yetirərkən əllərimizi əymirik, onlar düz və açıq şəkildə qalır. Hərəkət 15 dəfə təkrarlanır.

Bel.

Bu, korreksiyaya ehtiyacı olan istər kök istərsə də arıq olanlar üçün bəlkə də bədənin ən həssas hissəsidir. Ayaqlar çiyin bərabərində düz durun. Əllər yana sallanmış vəziyyətdə, sağ tərəfə elə əyilmək lazımdır ki, sağ ovuc budun aşağı hissəsinə dəysin. Diqqət yetirin ki, bu hərəkət zamanı budlar hərə-kətsiz olaraq qalsın, heç bir əyilmə, qatlanma olmasın. Sonra əks tərəfə həmin hərəkəti təkrarlamaq lazımdır. Hər tərəfə 10 dəfə kifayət edər. Əgər hərəkətlərin so-nunda beldə bir qədər gərginlik hiss olunursa, deməli hər şey düzgün yerinə yetirilmişdir. 

Budlar.

Budlar üçün hərəkətə başlamaqdan ötrü uzanın və üfiqi vəziyyət alın. Sağ böyrü üstə çevrilin, sağ əlin dirsəyi əyilmiş şəkildə və dayaq funksiyasını yerinə yetirir. Bu halda baş və çiyin döşəmədən aralı qalmalıdır. “Bir” deyəndə sol ayağımızı düz olaraq 30 dərəcə yuxarı qaldırırıq, “iki” deyəndə endiririk. Hərəkət 10-15 dəfə təkrarlanır. Sonra o biri yan üstə çevrilib davam edirik.

Budun içəri hissəsi üçün olan hərəkət.

Sağ üzü üstə uzanaraq sağ dirsək dayaq formasında. Sol ayağı dizdən əyin, sağ ayaqla çarpazlaşdırın və döşəməyə endirin. Əgər yuxarı-dan baxılarsa, bu hərəkət nərdivana çıxmağı xatırladacaqdır. Bu hərəkətdə sağ ayaq işlədiyinə görə, çəkinizi sol ayaq üzərinə salın. Başlayaq: “bir” deyəndə sağ düz ayağı döşəmədən aralayır, “iki” deyəndə çıxış vəziyyətinə qayıdırıq. Hərəkət 10-15 dəfə təkrarlanır. Eyni hərəkəti digər tərəf üçün də yerinə yetirin. 

Yanlar üçün olan hərəkət. 

Ayaqlar dizdən qatlanmış şəkildə arxası üstə uza-nın. Baş döşəmədə, əllər isə bədən boyu uzadılmış formada olsun. “Bir” deyəndə yanları mümkün qə-dər yuxarı qaldırırıq və bu vəziyyət təpəciyi xatırladır, “iki” deyəndə çıxış vəziyyəti alırıq. Başlanğıc üçün bu hərəkət 15 dəfə kifayət edər. 

Nəticə.

Çıxış vəziyyəti: Əllər başın arxasında arxası üstə uzanın. Ayaq barmaqlarının ucundan başlayaraq əı barmaqlarının ucuna kimi bədənin bütün əzələlərini gərildin. Ardıcıllıqla pəncələr, budlar, qarın, boyun, əllər möhkəmlənəcəkdir.  

Sonda xatırladaq ki, hərəkətlərin təkrarlanma miq-darı tədricən artırılmalıdır. Bunun üçün 50 dəfə tək-rarlanma orta həddir.