25.04.2025, 00:11
GəyirməAnoreksiya
PƏHRİZ HƏVƏSKARLARININ XƏSTƏLİYİ
Öz çəkisi haqda düşünmə və onun qayğısına qalma hamı üçün məlum olan bir əlamətdir. Lakin bəziləri bunun düşkününə belə çevrilə bilirlər. 12-18 yaş həddi arasında hər on qızdan biri artıq çəkisinə görə əsəbi bir gərginlik həddinə gəlib çatır.
Özünü arıqlatmaq, modelə oxşatmaq üçün aclığa əl atırlar.
Əsəb anoreksiyasını pəhriz həvəskarlarının xəstəliyi adlandırırlar. Çox ciddi emosional təhlükəyə gətirib çıxaran bu xəstəlik xüsusən də məktəbli və tələbə qızlar üçün təhlükəlidir, hətta dünyada bir neçə şahzadə, estrada ulduzları bunun qurbanına çevrilmişdir.
Anoreksiyanın təsirindən insan davranışı elə bir həddə qədər dəyişir ki, o hətta yeməkdən tamamilə imtina edir. Bu necə baş verir? Birincisi, onlar tamamilə qida qəbulundan imtina edirlər. Artıq yemək onlar üçün ləzzətə yox əksinə, təhlükəli bir vasitəyə çevrilmiş olur. İkincisi, belə gənc xanımlar fiziki hərəkətlərlə özlərini taqət-dən salırlar. Nəticədə, menstruiasiyanın dayanması, əhval-ruhiyyənin dəyişməsi, adət halına çevrilən həyacan hissləri, ürək döyüntüsünün azalması, qan təzyiqinin aşağı düşməsi, bədənin su ehtiyatının azalma-sı, həzm prosesinin bağlanması və başqa fəsadlar, çəkinin birdən-birə azalması kimi hallar baş verir. Bu azmış kimi yeməkdən qabaq baş verən qorxu hissi qida borusunun spazmasına və qusmaya səbəb olur. Aclıqla əldəndüşmə və nevroz insanı elə bir hala salır ki, hətta isti havada belə bədən donur, orqanizmdə kalium çatışmamazlığı böyrəklərin funksiyasını pozur. Baş beyinin işində problemlər əmələ gəlir, yaddaş zəifləyir, fikrini toplamaq cəhdi isə daha da ağırlaş-dırıcı hallara səbəb olur. Bununla yanaşı bir sıra psixoloji problemlər də meydana gəlir.
Anoreksiya qurbanına çevrilmiş insanlar sonda öz əməlləri ilə bacara bilmirlər və bu da onları sonu görünməyən yerlərə sürükləyir. Bu təhlükəli vəziyyətdən necə çıxmalı?
Hər şeydən əvvəl qida nevrozuna səbəbi təyin etmək lazımdır.
Müasir qızlarda pəhriz haqqında ideyalar təqribən dördüncü sinifdə oxuyarkən əmələ gəlir. Oğlanlara nisbətən onlar həmişə öz formalarının qayğısına qalmağa çalışırlar.
Daha bir versiya – qızlar bəzən cinsi yetişkənliyin əleyhinə çıxırlar. Məsuliyyətdən qorxaraq qızlar normal yaş həddi ilə yaşanan dəyişikliklərin əksinə gedir və nəticədə bədən quruluşu tam olaraq formalaşmır. Bunun nəticəsi olaraq (yəni düzgün olmayan pəhriz) həmin qızlarda neyro-endokrin funksiyanın pozulması, hormonal inkişafın geriləməsi baş verir.
Ailədə yaşanan gərgin münasibətlər də xəstəliyin yaranmasına səbəb ola bilər. Qızlarda bu hal valideynlərlə, xüsusilə də ana ilə yaşanan münasibətlərdən yarana bilər. Faktiki olaraq bu hakimiyyət uğrunda mübarizədir. Valideynlər nə qədər qətiyyətli şəraiti dəyişməyə çalışırlarsa, bir o qədər qızlar müqavimət göstərir. Bu mübarizədə ailədəki qız heç bir güzəştə getmir və aclığa qapanır. Bunula da, heç bir və-ziyyətlə barışmayacağını və necə gəldi yaşayacağını sübuta yetirməyə çalışır, bir növ möhkəm inad. Qidadan imtina onun üçün asılı olmamaq rəmzinə çevrilir.
Əgər qızlar istifadə olunan kaloriləri ciddi şəkildə hesablayırsa, özlərini fiziki hərəkətlərlə üzməyə çalışırsa, məcburi qusdurmaya özünü təhrik edirsə və ya sidikqovucu, mədə təmizləyici preparatlardan istifadə edirsə, eyni zamanda, iki sözündən bi-rini arıqlamaya həsr edirsə, onda valideyn-lər bu barədə ciddi tədbir görməlidirlər. Əgər həmin qızlarda menstruasiya kəsilirsə və ya tamamilə dayanırsa, bu da çox ciddi bir problemdir.
Nə etməli? Hər şeydən əvvəl başa düşmək lazımdır ki, anoreksiya çətin müalicə olunandır. Əgər orqanizmdə olan dəyişikliklər daha ciddi hal alıbsa, qastroenteroloq, endokrinoloq, uşaq ginekoloqu və psixoterapevt məsləhətinə ehtiyac vardır.
Müalicə fiziki vəziyyətin dəqəq qiymətləndirilməsindən, imkan daxilində tam çəkinin bərpa edilməsindən başlayır. Bunun üçün psixoterapiyada “qida davranışı” korreksiya metodu vardır.
Mütəxəssislər ailədaxili dishormoniyanın səbəblərini aşkara çıxararaq münaqişənin həlli yollarını göstərirlər. Valideynlərin qıza bir qədər sərbəstlik verməsi, onun sözlərinin mühüm əhəmiyyət kəsb etməsini bildirməsi bu işin xeyrinə olardı. Valideynlərin qızları ilə açıq söhbət aparması hər bir sıxıntı üçün ən gözəl dərman hesab olunur.