Androloq məsləhəti
  • Həkim məsləhəti
  • 14.09.2024, 16:31
  • Bəhruz Ağayev, Uroloq-androloq

Androloq məsləhəti

Uroloq-androloqu bəzən kişi ginekoloqu da adlandırırlar. Sağlamlığının qeydinə qalan kişilər 45 yaşdan sonra androloqa müraciət etməlidirlər. Bu yaşdan sonra kişi reproduktiv sağlamlığında istənilən halda bəzi fəsadlar baş verməyə başlayır ki, bunlardan ağrırlaşmış vəziyyətə çatan xəstəliklərindən biri də prostat vəzi xərçəngidir. Mütəmadi olaraq androloqa müraciət bu kimi ağır xəstəliklərin zamanında qarşısını almaqda müsbət nətcilər verir. Bəzən də olur ki, artıq həkimə gec müraciət olunur və əsasən də prostat vəzi xərçəngi yaranmış olur. Bu halda müəyyən cərrahi müdaxilə ilə xəstəyə təxirəsalınmaz tədbirlər görülür. 

Əlbəttə ki, vaxtında həkimə müraciət etməklə sidik ifrazatı və reproduktiv sistemin sağlamlığını daim nəzarətdə saxlamaq mümkündür. Bura əsasən nələr daxildir:

- erektil disfunksiya

- prostat vəzi xəstəlikləri

- cinsiyyət orqanlarının iltihabi xəstəlikləri

- sonsuzluq

- vaxtından əvvəl boşalma

- hormonal pozulmalar

- fimoz

- varikosel

- priapizm (ağrılı ereksiya)

- vaxtından əvvəl qocalma və s..

Təbii ki, burada həkimə inam da böyük rol oynayır. Çünki bu sahədə həkimin savadlı və təcrübəli olması mühüm amillərdən biridir. İldə bir dəfə uroloq-androloqun qəbulunda olmaq kifayət edər ki, reproduktiv sağlamlığınız daim yerində olsun. Sual yarana bilər ki, bu kimi xəstəliklərin əsas yaranma səbələri nələrdir. Məsələn, həyat tərzi “kişi xəstəlikləri”nin yaranma səbəblərindən biri sayılır. Çünki, oturaq həyat tərzi qan dövranın normal işləməsinə əngəl yaratmış olur. Reproduktiv sistemdə də qan dövranının normal olması əsas şərtlərdən biridir.

Sidik ifrazatının pozulması, təzyiqin normal olmaması və yaxud ifrazatdan sonra ağrılar, apatiya, fiziki yorğunluq, potensiyanın azalması və sair bu kimi hallar artıq uroloq-androloqa müraciət etməyin vacibliyindən xəbər verir.

Kişi sağlamlığı haqda artıq uşaq yaşlarından düşünməyə başlamaq lazımdır. Bundan başqa, sağlam qidalanma da kişi sağlamlığına təsir edən amillərdəndir. Normal qidalanmama müasir zəmanəmizin bəlalarından biri olan kökəlməyə gətirib çıxarır ki, bu da özlüyündə reproduktiv sahəyə çox mənfi təsir etmiş olur. İstehlak olunan və yandırılan kalorilər arasındakı balanssızlıq bir sıra problemlərə yol açır.

Daha sonra soyuq havalarda əsasən kişilər özlərini qorumalıdırlar. Əsasən də nəsildə böyrək xəstəliyi və ya xroniki prostatit varsa kişilər daha da ehtiyatlı olmalı, soyuqdan qorunmalıdırlar.

Təsadüfi cinsi yaxınlıq zamanı da qorunmaq reproduktiv sistemin sağlam qalmasına zəmanət verir. Yaxşı olar ki, bu kimi hallardan uzaq durasınız.

Çalışın həmişə sağlam qalasınız!

 

Həkimlə əlaqə:

Mob.: +994 55 243 07 98; Wha.: +994 70 252 55 62