Ana südü
  • Məqalələr
  • 22.04.2024, 18:35
  • Alo, Həkim

Ana südü

Ana südü körpə üçün ən qiymətli qida vasitəsidir. Onun tərkibi çox unikaldır və özündə su, zülallar, yağlar, karbohid-ratlar, müxtəlif vitaminlər, optimal miqdarda mineral maddələri birləşdirir. Məsələn, inək südünə nisbətən onun tərkibində körpənin kalsium mənimsəməsi üçün olan laktoza (süd şəkəri) da-ha çoxdur. Taurin və yarımdoymamış yağların turşuları görməyə və mərkəzi sinir sisteminə müsbət təsir edir, lakto-ferrin isə dəmirin mənimsənilməsinə imkan yaradır ki, bu da öz növbəsində əhəmiyyətli dərəcədə anemiyanın inkişafı risqini azaldır.

Mütəxəssislər çoxdan qərara gəlmişlər ki, körpə üçün ana südü ən ideal qida mənbəyidir. O asan həzm olunur, əla mənimsənilir, sabit hərarətə malikdir və həmişə istifadəyə hazırdır. 

Bundan başqa, ana südü ilə qidalanma körpə həyatında “immunizasiya”dır. O körpəni yolxucu, mədə-bağırsaq və soyuqdəymə kimi xəstəliklərdən qoruyur. Dünya mütəxəssislərinin tədqiqalarının nəticəsi sübut etmişdir ki, ana südü şəkərli diabet və skleroz kimi xroniki xəstəliklərin yaranma risqini azaldır. Ana südündə bir sıra ciddi xəstəliklər əleyhinə antivirus faktorları da müəyyən olunmuşdur. Yeri gəlmişkən, həkimlər belə hesab edirlər ki, körpəni ana südü ilə qidalandıran qadınlar döş xərçəngi və yumurtalıq xəstəliklərinə qarşı profilaktik tədbir görmüş olurlar. 

Doğuşdan bir neçə gün sonra əmziklər süddən əvvəl “ağız südü” adlandırılan sarımtıl ana südünə nisbətən bir qədər qatı maye ifraz edir. Bu çox az olmasına baxmayaraq tərkibində çoxlu anticism və leykositlər birləşdirir ki, bu da körpəyə bir çox bakteriya və viruslardan qorunmaq üçün immun qoruma bəxş edir. “Ağız südü” körpənin inkişafı üçün faydalıdır və tərkibində A, C, E, B12 vitaminləri vardır. Bu südlə bərabər körpənin maddələr mübadiləsini aktivləşdirən zülal maddələri də onun orqanizminə daxil olur.

Bir çox analar uşağa süd verərkən fikirləşirlər ki, südün tam sağlam və təhlükəsiz olması üçün nə etmək olar. Bunun üçün bir neçə sadə məsləhətləri nəzərinizə çatdı-rırıq:

- Çalışın körpənizin həssas olduğu qidalardan uzaq olasınız, məsələn, sarımsaq, soğan, portağal, şokolad və s..

- Uşağa döş vermək tütün və alkoqollu içkilərdən imtina etmək üçün ən münasib vaxtdır. Tütün tüstüsündən əmələ gələn bir sıra zəhərli maddələr qana ordan isə südə keçir. Spirtli içki qəbul etmək isə körpədə beyin zədələri əmələ gətirər və hətta onun ümumi inkişafını ləngidə bilər. 

- Həkim məsləhəti olmadan heç bir dərman qəbul etməyin. Çünki dozasından asılı olmayaraq onların bir çoxu südə keçir və bu da körpəniz üçün zərərli ola bilər.

- Qəhvə qəbulunu azaltmaq və hətta dayandırmaq yerinə düşərdi. Əgər gün ərzində 6 stəkan qəhvə və ya bir o qədər çay (çayın da tərkibində kofein vardır) qəbul edirsinizsə, bu körpənizə fayda verməz.

- İşlətmə dərmanları ilə də ehtiyatlı olun, çünki onlardan da bir çoxu körpəyə təsir edir. Həzmetmə ilə bağlı hər hansı probleminiz varsa, daha çox meyvə-tərəvəz yeməyə üstünlük verin. 

- Kimyəvi qida əlavələri ilə olan ərzaqları qəbul etmək olmaz, saxarindən uzaq durun. Hər hansı ərzaqı qəbul etməzdən öncə onun tərkibindəki kimyəvi komponentləri yoxlamaq mütləqdir.

- Sakitlik və yenə də sakitlik. Həyəcan hissi, narahatçılıq, ağrı süd ifrazı refleksini ləngidə bilər. Hətta körpəni əmizdirməyə inamsızlıq belə südün kəsilməsinə səbəb ola bi-lər.

Əgər körpəni ana südü ilə qidalandıra bil-mirsinizsə, onda inək südü əvəzinə yaxşı olar ki, seçilmiş adaptasiya olunmuş süd qarışığından istifadə edəsiniz.