25.04.2025, 00:11
GəyirməZeyttun
Hələ qədim zamanlardan zeytunun müalicəvi xüsusiyyətləri insanlara məlum idi. Zeytunun meyvəsi gözəl antioksidantdır, yağı isə ürəyi “pis” xolesterindən qoruyur. Alimlər sübut etmişlər ki, zeytun xərçəngin yaranmasının qarşısını alır.
Kolumbiya Universitetinin mütəxəssisləri sübut etmişlər ki, zeytun prostat xərçəngi hüceyrələrinin artım tempini 80%-ə qədər azaldır.
Kinslend alimləri sübut etmişlər ki, zeytun süd vəzi xərçənginin yaranmasına mane olur.
Avstraliya dietoloqları isə bu nəticəyə gəliblər ki, istənilən içkinin antioksidantı tərkibini ona bir neçə zeytun yarpağı əlavə etməklə dəfələrlə artırmaq olar. İnqilabi kəşfi isə İspaniyanın Qranada Universitetinin alimləri ediblər. Onlar iddia edirlər ki, zeytun yağı və bitki yarpaqlarında HİV (VİÇ) infeksiyasının hərəkət sferasını 80%-ə qədər azalda bilən maddə vardır.