Xına və faydaları
  • Məqalələr
  • 04.10.2024, 12:59
  • Alo, Həkim

Xına və faydaları

Xına – elmi adı “Lavsoniya” olan tropik kol bitkisidir. Xına dedikdə ilk növbədə bu bitkinin yarpaqlarından qurudularaq alınmış toz başa düşülür. Bitkinin yarpaqlarından kosmetik və müalicəvi, xüsusən də saçların rənglənməsi, onlara qulluq, dırnaq və dəriyə qulluq məqsədləri üçün hələ qədim zamanlardan istifadə olunmağa başlanılmışdır.

Məlumdur ki, 8 min il əvvəl Kleopatra və kraliça Şiva, digər adlı-sanlılar xınadan kosmetik və müalicəvi məqsədlər üçün istifadə etmişlər.

O saçlara dolğun mis rəngi və gözəl parlaqlıq verir, saçları daha davamlı və qalın göstərir.

Hələ qədim zamanlardan Orta Asiya ölkələrində xına ilə bədənə müxtəlif naxış və bəzəklərin çəkilməsi estetik və dini məqsədlər üçün istifadə olunmuşdur. Bu şəkillər tərkibinin qatqılarından asılı olaraq tünd qırmızı və qara rəng çalarlarına malik olub üç həftəyə kimi qalırdı.

Xınanın xüsusiyyəti və təsiri

Xınanın əsas komponenti olan Lavsoniya tüklərin proteinləri (kreatin) birləşmədə əhəmiyyətli xarakteristikaya malikdir. Onun hesabına zədələnmiş tüklər sağlamlaşır, zəifləmiş və incələri isə daha estetik, parlaq görkəm alır. Xınanın yüksək antibakterial-dezinfeksiyaedici xassəsinə görə baş dərisində çirklənmə aradan qalxır, səpmə, gicişmə, kəpək kimi xəstəliklər yox olur və baş dərisi sağlam hala gəlir.

Ağ-qızılgül rəngləri yağ hazırlamaq üçün istifadə edilir. Gülləmə zamanı yığılan yarpaqları isə qurudularaq toz halına gətirilir və ondan boyalar hazırşlanır. Yuxarı budaqlarında yetişən yarpaqlarından isə yüksək rəngləyici xassəyə malik olduğuna görə, bədəndə rəsmlər çəkmək üçün işlədilir. Aşağı budaqlarının yarpaqlarından isə saç üçün boyalar istehsal edlir. Onun tozu tez korlandığına görə vakum formasında qablaşdırılır. Bitkinin müxtəlif hissələrindən təbabətdə yaraların işlənməsi, dəri, sümük xəstəliklərinin və baş ağrılarının müalicəsində geniş istifadə olunur.

Xına ilə müalicə ərəb ölkələrində daha çox məşhurlaşmışdır. Hafizi.Əl-Qəyyum təsvir etmişdir ki, stomatit və dil xoralarını, yanaq və dodaqları xına suyuna çəkmək çox faydalıdır. Kəskin iltihab və irinləmələrdə xına çəkilməsi sakitləşdirici effekt verir. Qızılgüldən alınmış yağ, təbii mum və xına ekstraktının qarışığından bel ağrıları zamanı istifadə etmək çox gözəl effekt verir. Xına məcunu dırnaqların parlaqlığını artırır. Xına və sirkəni dırnaq infeksiyasında istifadə etdikdə dırnaqlar əvvəlki vəziyyətinə qayıdır. Lavsoniyanın quru yarpaqlarından həşaratlardan müdafiə kimi də istifadə edilirmiş. Belə hesab olunur ki, xınanın ətiri baş ağrılarını aradan qaldırır və potensiyanı artırır.