25.04.2025, 00:11
GəyirməXanımlar və yuxu
Hər birimiz təbii olaraq yatanda müxtəlif yuxular görürük. Yuxudan qalxanda isə bu gördiklərimizi yozmağa çalışırıq. Sözüz ki, hamımız yuxuları müsbət yozmağa səy göstəririk. Burada verdiyimiz yazı isə yəqin ki, gənc və müasir xanımlar üçün daha maraqlı olacaqdır.
Sərvət
Əgər yuxuda sərvət, zənginlik görürsünüzsə, onda bu daim öz işinizə tələbkar olmaqla işdə, xidməti vəzifədə yüksəlməyə işarədir. Sərvət yuxusu işlərinizdə uğurlu yüksəlişlə yanaşı şəxsi həyatınızda riskli təşəbbüslərin də olacağını bildirir. Başqalarını zəngin olaraq görmək ona dəlalət edir ki, hər hansı bir problemləriniz yarandığında dostlarınız yanınzda olacaqlar. Gənc xanımlar üçün belə yuxu öz valideynlərinə qarşı daha diqqətli olmağı bildirir.
Cah-calal
Yuxuda özünü cah-calalın əhatəsində görmək böyük var-dövlətin sənin olacağını xəbər verir. Lakin özünüöymə, özünü cilovlaya bilməmək xüsusiyyətlər sənin vəziyyətini mənfi istiqamətdə dəyişə bilər. Kasıb xanımın özünü cah-calal içərisində üzməsini görməsi mövcud vəziyyətin yaxında dəyişməsini bildirir.
Ziynət əşyaları
Yuxuda ziynət əşyaları taxmaq həqiqətdə öz ləyaqətini artırmağa işarədir. Əgər sənə hədiyyə olaraq ziynət əşyası verilirsə, sahibkarlıq fəaliyyətində uğurlar gözlənilir. Yuxuda ziynət əşyası hədiyyə edir-sənsə, bu ağıllı-başlı israfçılıqdan xəbər verir. Ziynət əşyasını itirmək sənin öz yaxınını itirmək və ya işlərində uğurlu məqamları əldən buraxmağa işarədir. Dağılmış və ya sınmış zərgərlik məmulatı görmək arzuolunan məqsədə çatmaq yolunda kəskin ümidsizliyə düçar olmağa işarədir.
Balıq
Təmiz suda üzən balıq görmə həyatının, bəxtinin üzünə gülməsi ilə izah olunur. Ölü balıq isə acıların olacağına və ya nəyisə itirməyə işarədir. Yeniyetmələr yuxuda canlı balıq görürsə, onları xoşbəxt məhəbbət gözləyir. Balıq tutmaq ciddi sınaqlarla üz-üzə qalacağından xəbər verir. Balıq tutan birinə kənardan tamaşa etmək uğurlu vəziyyətlərdə ağılının gücünün artacağını bildirir.