Varikoz damarlarının müalicəsi haqqında ən çox yayılmış 5 MİF
  • Həkim məsləhəti
  • 22.05.2024, 17:49
  • Emin Hüseynov, Ümumi cərrah-Fleboloq

Varikoz damarlarının müalicəsi haqqında ən çox yayılmış 5 MİF

Mif 1. Tabletlər və gellər varikoz damarlarından xilas olmağa kömək edə bilər.
Xaricə istifadə edilən dərman vasitələri və müasir dərmanlar varikozun yaranma səbəbinə təsir etmir və tam müalicəni təmin etmir.

Mif 2. Zəlilər varikoz damarların müalicəsinə kömək edir.
Zəli varikozda nəinki müalicə etmir, həm də sağlamlığa zərərli ola bilər. 
Zəlinimşn ağız suyundakı hirudin (təbii antikoagul-yant) heç bir şəkildə varikoz damarlarını azaltmağa kömək etmir, qapaq aparatı və venoz tonusu bərpa etmir. Əksinə qanaxma və ya varikoz damarlarının trombozu riski, infeksiyalaşna yaradır. Bu səbəbdən hirudoterapiya damarların müalicəsində faydasız olmaqla yanaşı, həm də təhlükəlidir.

Mif 3. Elastik bintlər kompression trikotajları əvəz edir.
Elastik bintlər xeyirdən daha çox zərər verir. Belə ki, damarlara bərabərşəkilli təzyiq göstərmirlər və yanlış tətbiq edildikdə tromboza və varikozun sür-ətlə irəliləməsinə səbəb ola bilərlər.

Mif 4. Varikozun müalicəsində tətbiq edilən cərrahi əməliyyatlar kobud çapıq izləri buraxır.
Əvvəllər damarlar açıq cərrahi üsullarla kəsiklər aoarılaraq çıxarılırdı. Hal-hazırda varikoz damarlarının cərrahi müalicəsi estetik cərrahi prinsiplər nəzərə alınmaqla, 1 mm-lik dəliklər vasitəsilə tikiş və yara izləri olmadan aparılır.

Mif 5. Müalicə üsulundan asılı olmayaraq yenidən damarlar çıxır.
Əgər varikoz əməliyyatı keçirmiş pasiyent növbəti illərdə həkim tərəfindən kontrol müşahidə edilməzsə, varikoz damarları başqa yerlərdə yenidən inkişaf edə bilər. Bunun səbəbi ayaqlarda varikozun artması ilə bağlıdır. Əgər ildə bir dəfə bir fleboloqa mütəmadi olaraq baş çəksəz və bütün tövsiyələrini yerinə yetirsəz o halda xəstəliyin inkişafı prosesi əhəmiyyətli dərəcədə yavaşlaya bilər.