25.04.2025, 00:11
GəyirməTənhalıq
Tənhalığın sağlamlığa zərəri
Qaneedici olmayan belə bir qərara çikaqolu alimlər gəlmişlər. Onlar sübut etmişlər ki, tənhalıq təkcə psixi gərginliyə yox, həm də bir sıra fiziki nasazlıqlara gətirib çıxarır. Tənhalıq xüsusən də qadın sağlamlığı üçün çox təhlükəlidir.
Alimlərin tədqiqatlarına görə, tənhalıq qadınlarda əsasən döş xərçənginin yaranma risqini artırır. Niyə belə olur?
Tənha qadınlar tez-tez stres vəziyyətlərinə düşürlər. Nəticədə bu da genetik səviyyədə pozulmalara gətirib çıxarır. Hər şeydən əvvəl bu hüceyrələrin yaranmasını təmin edən genlərin işinə müdaxilə edir. Belə məlum olmuşdur ki, tənhalıqdan əziyyət çəkən qadınların əksəriyyəti süd vəzilərinin xərçəngi ilə rastlaşmalı olurlar.
Tədqiqatlar nəticəsində o da məlum olmuşdur ki, sosial aktivlik və çox sayda dostların olması bu xəstəlik müəyyən olunmuş xanımlarda sağalmaya şans verir.