Təbii şirələr
  • Məqalələr
  • 17.07.2024, 22:47
  • Alo, Həkim

Təbii şirələr

Tam yetişməmiş meyvə və tərəvəz özündə çoxlu vitamin və digər faydalı maddələri birləşdirir ki, bunlar da orqanizmdən şlak və zəhərlərin (xüsusən də meyvə şirələri) çıxarılmasına şərait yaradır. Belə meyvələrdən hazırlanmış şirələr sağlamlığın qorunması və bir çox xəstəliklərin müalicəsi üçün istifadə olunur.

Xatırladaq ki, enzimlər (mürəkkəb maddə sayılır, qidaların həzm olunmasını və qana sorulmasını təmin edir) əsasən xam bitki məhsullarında olur. Enzimlər 47C dərəcəyə həssasdırlar, bu dərəcədən yuxarı fəaliyyətsiz olur və 54 dərəcədə onların böyük bir hissəsi məhv olur.

Enzimlər qidanı orqanik edir. Belə qidanın çatışmamazlığı xəstəliyə aparıb çıxarır. Meyvə və tərəvəzlər çoxlu miqdarda sellülozdan ibarətdir ki, onların da özəklərində zəruri qidalandırıcı elementlər vardır. Təzə və xam şirələrdə olan məhz bu elementlər bütün orqanizmi qidalandırır.

Meyvə şirələri orqanizmi tənzimləmə vasitələridir. Tərəvəz şirələri orqanizmin qurucuları və bərpaediciləri rolunu oynayır. Yalnız təzə və xam şəkildə qəbul olunan şirələr özlərində insan orqanizmi üçün zəruri olan amin turşuları, mineral duzları, vitaminləri birləşdirir.

Şirələri özünüzü məcbur etməmək şərtilə istənilən, yəni meyliniz çəkdiyi qədər içə bilərsiniz. Müalicə vaxtı istənilən nəticəni əldə etmək üçün bir qədər az, yəni gün ərzində 600 qram qəbul etmək olar. Yadda saxlamaq lazımdır ki, biz nə qədər çox şirə içiriksə, bir o qədər arzuolunan nəticəyə çatırıq.

Tərəvəzlərdən ən ucuzu və əlverişlisi kələm, yerkökü və çuğundurdur. Lakin bu tərəvəzlərin şirələri orqanizm üçün daha qiymətli və faydalıdır.

Kələm şirəsi

Kələm şirəsi ideal təmizləmə vasitəsidir, əsasən də arıqlamaq istəyənlər üçün çuğundur şirəsi çox effektlidir. Bundan başqa o onikibarmaq bağırsağı, bağırsaq tutulmalarını müalicə edir, şişlər zamanı effekt verir, daha sonra dəridə səpişmələr olanda istifadə olunur. Kələm ilə yerkökü şirəsinin qarışığı orqanizmi təmizləmək üçün gözəl vasitədir, əsasən də dişəti xəstəliyində.

Əgər kələm şirəsini qəbul etdikdən sonra böyük miqdarda qaz əmələ gəlirsə (bağırsaqlar normal olmayanda), onda gündəlik yerkökü şirəsi qəbul etməli və iki həftə hər gün olmaqla orqanizmi imalə etməklə tənzimləmək lazımdır.

Kələm şirəsi çox qidalandırıcı qabiliyyətə malikdir. Onun tərkibində çoxlu miqdarda vitaminlər, enzimlər və duzlar vardır. Kələm bişirildikdə isə bu kimi maddələrin fəaliyyəti məhv olur. Məsələn, 500 qr pörtülmüş və ya konservləşdirilmiş kələm 300 qram xam şəkildə olan kələm şirəsinin tərkibindəki canlı orqanik qidaları verə bilmir.

Yadda saxlamaq lazımdır ki, kələmə və ya onun şirəsinə duz əlavə etmək nəinki onun tərkibini öldürür, hətta bu zərərlidir.

Yerkökü şirəsi

Yerkökü şirəsi bütün orqanizmi normal vəziyyətə salmağa kömək edir. O birinci növbədə A vitamininin mənbəyi hesab olunur. Eyni zamanda, yerkökünün tərkibində çoxlu miqdarda B, C, D, E vitaminləri də vardır. Şirə maddələr mübadiləsini və dişlərin strukturunu yaxşılaşdırır.

Yerkökü şirəsi xora və xərçəng xəstəliyi fəsadlarının qarşısını alır, görmənin yaxşılaşdırılması üçün gözəl vasitədir. Bundan başqa, qaraciyəri, dərinin soyuqdəyməsinin və digər dəri xəstəliklərini müalicə edir.

Çuğundur şirəsi

Bu qırmızı bitkidən alınan şirə qan kürəciklərinin yaranması və ümumiyyətlə qanın tərkibinin yaxşılaşdı-rılması üçün ən qiymətli vasitədir. Çuğundur şirəsi qaraciyərin təmizlənməsi üçün də əla bir içkidir. Eyni zamanda o böyrəklərin, öd kisəsinin təmizlənməsində də böyük rol oynayır. Yüksək qan təzyiqinin azal-dılması ürək fəaliyyətinin pozulmalarında, menstruasiya pozulmalarında, klimaks dövrü yaşayan zaman da geniş istifadə olunur.