Sistit
  • Məqalələr
  • 21.02.2026, 23:40
  • Alo, Həkim

Sistit

Qadınlarda bu problem qadın bədəninin anatomik xüsusiyyətləri ilə əlaqələndirilir: qadınlarda sidik kanalı qısa və genişdir, buna görə də infeksiya kişilərə nisbətən sidik kisəsinə daha asan daxil olur.

Aşağıdakı simptomlar baş verərsə, dərhal həkimə müraciət edin:

= daimi sidik ifrazı istəyi;

= sidik ifrazı zamanı yanma hissi;

= az miqdarda sidiklə tez-tez sidik ifrazı;

= sidikdə qan (hematuriya);

= bulanıq sidik;

= sidikdən xoşagəlməz qoxu;

= qarın aşağı hissəsində, qasıq nahiyəsinin üstündə xoşagəlməz hiss;

= yüngül qızdırma

Genitouriya infeksiyası bakteriyalar sidik yoluna sidik kanalından daxil olduqda və çoxalmağa başladıqda baş verir. Əksər hallarda sistit bağırsaq çöpləri tərəfindən törədilir. Bakterial sidik kisəsi infeksiyaları cinsi əlaqədən yarana bilər. Lakin, hətta cinsi əlaqədə olmayan qadınlar belə infeksiyaya həssasdırlar, çünki qadın cinsiyyət orqanı nahiyəsində tez-tez sistitə səbəb ola biləcək bakteriyalar olur.