5 fakt
  • Məqalələr
  • 04.09.2024, 11:04
  • Alo, Həkim

5 fakt

Bəzən bizə elə gəlir ki, qadınlar haqqında hər şeyi bilirik, məsələn, gündə neçə söz işlədirlər, il ərzində nə qədər dodaq boyası yeyirlər və s.. Alimlər isə daha dərinə gedərək qadın təbiətinə aid qeyri-adi şeyləri araşdırmışlar. Boynumuza almalıyıq ki, bunlar maraqlı araşdırmalardır.

 

Qadınlar etdiklərini yox, edəcəklərini yadda saxlayır

Kişilərin lazımi ərzaqları almasını və ya zibili atmasını unutmaları əksər qadına tanış olan bir vəziyyətdir. Bunun da elmi açıqlaması vardır. Təcrübə üçün 100 kişi və qadına ü dəqiqədən 1 sutkaya kimi olan zaman müddətində yadda saxlamaq üçün tapşırıqlar verilmişdir. Məlum olmuşdur ki, qadınlar gələcək üçün verilən tapşırıqları daha yaxşı yadda saxlayırlar. Alimlərin bildirdiklərinə görə, əlindəki əsas işlə yanaşı digər ev-məişət işləri fə vardır və qadınlar bütün bu məlumatları yadda saxlamaq məcburiyyətində qalır. Beləliklə də, onların yaddaşı demək olar ki, daim məşq edir.

Qadın burunu kişinin feromon qoxusunu kütlə içərisində duya bilir.

Amerika mütəxəssləri təyin etmişlər ki, kişilər nə qədər sağlam olarsa, onların qoxusu bir o qədər çox qadınları cəlb edə bilir.

Qadın ətriyyat mağazasında hətta test üçün bir neçə ətir havaya buraxılsa belə kişilərin orada olmasını hiss edirlər. Bundan başqa, qadının qoxu duyma hissiyyatı kişinin immunitetindən belə xəbər vermiş olur. Buna isə cəmi 3 saniyə bəs edir.

Mütəxəssislər belə bir nəticəyə gəlmişlər ki, sevimli kişinin ətri qadınlarda əsəbləşmənin qarşısını alır. Təəccüblü deyil ki, sevgilisindən ayrılmış qız yatanda onun hansısa bir geyimi ilə yatır və bununla da özünü yenə də onun yanında hiss etmiş olur.

Qadınlar kişilər kimi tez vurulmurlar.

Beyin, ürək və hormonlar kimi məhəbbət aşılayanlardan asılı olmayaraq kişilər qadınlara nisbətən daha tez vurulurlar. Tədqiqatlara görə, birinci və dördüncü görüş arası dövrdə kişilərin 25%-i vurulmuşsa, bu qadınlarda cəmi 15% təşkil etmişdir.

Bununla bərabər, bir çox qadınlar etiraf etmişlər ki, hətta 20 görüşdən sonra belə onlarda hansısa ülvi hisslər yaranmamışdır. Bunun üçün onlara yenə də zaman lazım olmuşdur.

Hamiləlikdə toksikoz faydalıdır.

Kanadalı tədqiqatçıların araşdırmalarına görə, hamilələrdə baş verən toksikoz körpənin hərtərəfli inkişafına faymüsbət təsir göstərir. Səhərlər olan ürəkbulanmaları və baş ağrıları dölü zərərli toksinlərdən qoruyan müdafiə mexanizminin hərəkətə keçməsinin nəticısidir. Beləliklə, heç də xoş olmayan bu hal qadın orqanizmi üçün faydalıdır. Təbii ki, bu həddindən artıq olan belə hallara və qadınlarda baş verən ağrılara aid edilmir.

Qırmızı geyinən xanımlar digərlərini qısqanmağa vadar edir. 

Slovakiya Elmlər Akademiyasının mütəxəssisləri eksperiment olaraq kişilərə, qadınlara bir neçə xanımların fotolarını paylayaraq onların fikir və təəssüratlarını öyrənmişlər. Fotodakıların bir qismi qırmızı, digərləri isə başqa rəngdə olan geyimlərdə olmuşlar. Tədqiqatlar onu göstərmişdir ki, qadınlar əsasən qırmızı eyimdə olan xanımlara aktiv reaksiya göstərmişdir. Onlar fotolardakı bu xanımları öz münasibətləri üçün təhlükə hesab etmişlər.

Qırmızı geyimli qızlar kişilərə və qadınlara yüngül ağıllı kimi görünmüşdür. Eksperimentdə iştirak etmiş xanımlar bildirmişlər ki, onlar heç vaxt ərlərinin belə xanımlarla tanış olmalarını isrəməzlər.