Qadınlarda kişi tipli tüklənmə
  • Həkim məsləhəti
  • 22.05.2024, 12:34
  • Ayşə Musayeva, Endokrinoloq

Qadınlarda kişi tipli tüklənmə

Qadınlarda kişi tipli tüklənmə (hirsutizm) normalda qadınlarda tük olmayan yerlərdə - üst dodaq, alt çənə, sinə, göbək, kürək, qolun yuxarı hissəsində sərt, tünd rəngli və qalın tüklərin çıxmasına deyilir. Bunun səbəbi qadınlarda kişi hormonu-artmasıdır.

Belə qadınlarda bundan başqa saç alın hissədən tökülür, üzdə sızanaqlar əmələ gəlir, səs qalınlaşır, menstruasiya sikli pozulur, süd vəziləri kiçilir və s..

Belə insanlarda mütləq hormonal müalicə aparılmalıdır!

Mualicədən əlavə isə düşündüyünüzün əksinə, lazer, ülgüc və s. üsullarla tüklərdən azad olmaq olar. Bu zaman tükləri qırxmaq, təmizləmək yeni tük yaranmasını sürətləndirməz!

Lakin xəstələr səbrli olmalıdır, çünki müalicə 2-3 il davam edir və tüklərin tökülməsi follikulların yaşama müddətinə görə 6 ay çəkir.