25.04.2025, 00:11
GəyirməQadınlar və qeybət
Qeybət təkcə dövrümüzdə deyil, min illər bundan qabaq da olub. Bu qadınların öz rifah halını yaxşılaşdırmaq istiqamətində rəqiblərindən yaxa qurtarması üçün bir növ silah rolunu oynayır. Xüsusi testlərin köməyi ilə sübut olunmuşdur ki, qadınlar onlara tətbiq ediləcək fiziki zordan çox özləri barədə qeybətin yayılmasından ehtuyatlanırlar.
Kişilərdə isə bu tam əksinədir. Hələ ibtidai icma quruluşunda qadınlar qeybətdən daha çox özləri üçün azuqə toplamaqda istifadə etmişlər.
Digər tərəfdən də tədqiqatçıların dediyinə görə qeybət qadın sağlamlığı üçün faydalıdır.
Alimlərin izahına görə öz rəqibləri ilə müntəzəm ünsiyyət qurmaq qadın orqanizminə müsbət təsir göstərir. Məhz orqanizmdə progesteronun səviyyəsini artırır ki, bu da nəticədə gözəl ruh yüksəkliyinə gətirib çıxarır.
Miçiqan universitetinin mütəxəssisləri tədqiqatlarda iştirak etmık üçün 160 könüllü tələbə qız seçmişlər. Təcrübə başlamadan qabaq onlarda progesteronun səviyyəsi ölçülmüşdür. Bu xanımları bir neçə qurupa bölmüşlər.
Cütlüklərin bir hissəsinə bir-birinə ünsiyyət yaradacaq suallar vermələrini təklif etmişlər. Məsələn, “Kimi şam yeməyinə dəvət edərdin?”. İkinci yarı cütlüklərə isə botanika üzrə məqaləni korrektə etmək tapşırılmışdır. 20 dəqiqədən sonra könüllülərdə yenə də progesteronun səviyyəsini yoxlamışlar. Birinci qurup, yəni bir-biri ilə ünsiyyət quran və kifayət qədər söhbət edən cütlüklərdə bu hormonun səviyyəsi artmış və ya ən azından əvvəlki vəziyyətdə qalmışdır. İkinci qurup cütlüklərdə isə progesteronun miqdarı aşağı düşmüşdür.
Tədqiqatlardan sonra mütəxəssislər bildirmişlər ki, sosial əlaqənin qurulması və digərlərinə kömək etmək arzusunun yaranmasında progesteron vacib rol oynayır.
Progesteron - qadınlarda yumurtalıq tərəfindən hazırlanan hormondur. Bundan başqa, o infeksiyalarla mübarizə aparır, estrogenin artıq miqdarda yaranmasının qarşısını alır ki, bu da xərçəng xəstəliyi yaranması risqini azaltmış olur. Alimlər belə qərara gəlmişlər ki, rəfiqələri ilə daim çənə vuran xanımlar özlərini daha sağlam və gümrah hiss edirlər.