Neqativ enerji
  • Məqalələr
  • 20.06.2024, 21:22
  • Alo, Həkim

Neqativ enerji

NEQATİV ENERJİDƏN QORUNMAĞIN 5 ÜSULU

Ətrafınızdakı insanların neqativ enerjisini udmamağı öyrənmək böyük mənəvi bacarıqdır.

Empatiya – bu digər insanları tanıma və onların emosiyalarını hiss etmək qabiliyyətidir. Simpatiya – digər insanlara qarşı şəfqət hissidir. Mütəmadi “empat” olmaq ətrafdakıların ağrı-acılarının böyük hissəsini udmaq deməkdir ki, bu da sizə neqativ təsir edə bilər.

Əgər eyni məkanda mənfi bir insanla olmusunuzsa, onda onun enerjisinin nə qədər zəhərli olduğunu bilərsiniz.

Özünüzü digər insanların pis təsirindən qorumaq üçün 5 sadə üsul təqdim edirik.

1. Unutma ki, hamını razı sala bilməzsən.

Əgər kimsə sizdən şikayətlənirsə, onun xoşuna gəlməyə cəhd etməyin. Bu sizdən enerjini alacaq və məcbur edəcək ki, energetik olaraq onun fikirlərindən asılı olasınız. Hamı sizi sevə bilməz. İlk növbədə özünüzü sevin və bununla da digərlərinin fikirlərinin təsirindən qorunmaq üçün güc sahəsi yaradın.

Yadda saxlayın ki, siz hamını dəyişə bilməzsiniz. Bunu özünüzə missiya seçməyin. Bəzən edə biləcəyiniz ən yaxşı şey insanların sizə verdiyi enerjini udmamaqdır.

2. Digər insanları həyatınıza dəvət edərkən ehtiyatlı olun.

Sizin bədənininiz, ağılınız və bilavasitə mühitiniz sizin məbədinizdir. Ora kimləri dəvət edərdiniz?

İnsanlar içəri girməzdən əvvəl ayaqlarını silməlidirlər, yoxsa qəlbinizə kirli girsələr yaxşıdır?

Əgər bugün kiməsə bir tikə çörək verirsinizsə, sabahı gün o, bir çörəyi bütöv olaraq istəyəcək.

Kiməsə bir bazar günü qalmasına razılıq versəniz, sonra o, bir həftə belə qalmaq istəyəcək. Səxavətli olmaq gözəldir, amma tapdalanmamaq üçün incə bir xəttə əməl etmək lazımdır.

Yoxdeməyi və bununla da özünü normal hiss etməyi öyrənin.

3. Axmaqlara diqqət yetirməyi dayandırın.

Parazitə yaşaması üçün sahibi lazımdır. Siz başqalarına diqqət yetirməklə, baş qoşmaqla ona enerji verirsiniz. Enerji vampirləri enerji ehtiyatınızı azaldaraq düşüncələrinizi oğurlayacaq. Bəzi insanlar mənfi enerjilərini sizin üzərinizə tökəcək və sonra növbəti qurbana keçəcəklər.

Bəlkə də digər insan işdə, münasibətlərdə və ya hətta uğurlu nailiyyətlərdə məyusluqlarını tökür.

Bütün bu duyğular sizi boşalda bilər və həyatınızı pis şəkildə dəyişdirə bilər. Özünüzü sevin, insanları dayandırın və ya onlara indi bunu dinləməyə hazır olmadığınızı söyləyin. Bu yolla siz onların zəhərli enerjisini udmağı dayandıracaqsınız.

4. Təbiətlə nəfəs alın.

Təbiətə çıxın, meditasiya edin, rahatlayın və nəfəs alın. İçinizdəki suyu təmizləyin və idman edin. Kəpənək kimi hərəkət edin: yumşaq, lakin tez.

Nəfəs almaq bütün bədəndə qan axını artırır və ətrafınızdakılardan enerjinin udulmasının qarşısını alır. İnamla yeriyin, başınızı dik tutun və heç kimin əhvalınızı pozmasına imkan verməyin.

Tırtıl ətrafındakı hər şeyi yeyir, kökəlir və hərəkətsiz olur. Uçmaq üçün isə əvvəlcə yüngülləşməsi lazımdır.

5. Fikirləriniz və duyğularınız üçün 100% məsuliyyəti üzərinizə alın.

Nə hiss etdiyiniz 100% sizin məsuliyyə-tinizdir. Kainat bizi sınamaq üçün həyatımıza insanları göndərir. Özümüzü dərk et-məyimiz başqalarını qavrayışımızdan daha güclüdür.

Siz qurban deyilsiniz və heç kim sizin üzərinizdə hakim deyil. Düşüncələrinizin və ya gözləntilərinizin sizi narahat edən vəziy-yətdə necə təzahür etdiyini düşünün. Hər şey sizin səbir, əsəbilik və ya şəfqət səviy-yənizdən asılıdırsa necə?

Reaksiyalarınız üçün məsuliyyəti üzərinizə götürdükdən sonra özünüzlə daha dərin bir səviyyədə əlaqə quracaqsınız.

Özünüz üçün enerji səviyyənizi artıran vəziyyətlər yaradın. Bu insanın yanında özünüzü yaxşı hiss edirsiniz? Bu insan sizin ətrafınızda özünü yaxşı hiss edirmi? Siz parlaq təcrübəyə layiqsiniz və bunu dərk etməyin vaxtıdır.

Özünüzü başqalarının enerjisindən qoru-maq elmi özünü sevməkdən başlayır. Unutmayın ki, siz xoşbəxtliyə və sülhə la-yiqsiniz. Yadda saxlayın ki, yox demək yaxşıdır və bununla siz öz enerji vəziy-yətinizin müəllifi olursunuz.