25.04.2025, 00:11
GəyirməMasaj
Masaj xəstəliklərin qarşısını almaq və müalicə etmək üçün effektiv üsullardan biridir. Onun əsas mahiyyəti xüsusi hərəkətlər vasitəsilə bədən səthinə mexaniki təsirdən ibarətdir. Masaj profilaktik məqsədlər (orqanizmin ümumi möhkəmləndirilməsi) üçün və eyni zamanda tibbin cərrahiyyə, ortopediya, ginekologiya, terapiya, nevrologiya və digər sahələrində tətbiq edilir.
Masaj prosesində müxtəlif orqanlara və bütünlükdə orqanizmə güclü, coxcəhətli təsir edilir. Dəri - bədənin zahiri təbəqəsi olub vacib həyati funksiyaları yerinə yetirən mürəkkəb quruluşu özündə əks etdirir. Dəri orqanizmi xarici təsirlərdən müdafiə edir. Bununla yanaşı, reseptor, sekresiya və mübadilə funksiyaları da onun üzərinə düşür. Termotənzimləyici proseslərdə dəri əhəmiyyətli rol oynayır.
Masajın köməkliyi sayəsində dəri damarları genişlənir və nəticədə qan dövranı prosesi yaxşılaşır. Masaj dəri damarlarında limfaların hərəkət sürətini də artırır.
Masaj vasitəsilə fiziki gərginlikdən sonra yaranmış şişləri, keyimələri, ağrıları aradan qaldırmaq olur. Ev şəraitində “düzgün” masaj aparmaq olmur. Odur ki, bunun gözəllik salonlarında və ya SPA mərkəzlərində yerinə yetirilməsi daha məqsədəuyğundur. Salonlar rahat taxtlarla təchiz olunub, ustanın isə əlinin altında aroma-yağ və masaj üçün xüsusi prepartlar həmişə vardır. Bütün bunlar seansın maksimum effektli keçməsinə zəmin yaradır.