Lətifələr
  • Məqalələr
  • 27.08.2024, 15:47
  • Alo, Həkim

Lətifələr

Xəstə gəlir həkimin yanına:

- Həkim, kömək edin, artıq bir aydır normal yata bilmirəm, hər gün yuxuda futbol oynayan siçovullar görürəm.

- Alın bu dərmanı için, bununla da hər şey keçib gedəcək.

- Həkim, olar bu dərmanı sabah içim? Çünki bugün onlar final oynayırlar.

 

Dostu dermatoloqdan niyə məhz bu ixtisası seçdiyini soruşur.

- Bax, bunun üç səbəbi var! Birincisi, pasiyentlərim məni gecə yarısı yuxudan oyatmırlar. İkincisi, onlar bu xəstəlikdən ölmürlər. Üçüncüsü, onlar heç vaxt sağalmırlar.

 

Həkimin evində unitaz işləmir və usta çağırır. O, gələrək müəyyən təmir işlərini qısa müddətdə görür və sonra deyir:

- Hazırdır, hər şey işləyir. 50 manat verəcəksiniz.

- Necə yəni 50 manat? Beş dəqiqəyə 50 manat? Mən həkiməm və bunun üçün 10 il oxumuşam, amma mənə beş dəqiqə üçün 50 manat vermirlər.

- Bu normaldır. Mən də həkim işləyəndə belə idi.