Lətifələr
  • Məqalələr
  • 25.06.2024, 12:03
  • Alo, Həkim

Lətifələr

Xəstə gəlir həkimin yanına:

- Həkim, mən üç ay əvvəl sizin yanınızda olmuşam. Siz məndə revmatizma aşkarlamış və demişdiniz ki, nəmişlikdən uzaq durum.

- Hə, xatırlayıram. Bəs indi niyə gəmisiniz?

- Həkim, əzizim, heç olmasa indi yuyuna bilərəm?

 

 

Pasiyent gəlir həkimə:

- Həkim, mən yaman qaşınıram.

Həkim onu müayinə edərək həblər yazır. Bir müddət sonra xəstə yenə gəlir:

- Həkim, yenə də qaşınıram.

Həkim müayinədən sonra suallar verməyə başladl:

- Bəs vanna qəbulundan sonra yenə də qaşınırsınız?

- İlin birinci yarısı yox, ikinci yarısına keçən kimi qaşınma baş alıb gedir.

 

 

- Sizi əməliyyat etdilər? – deyə həkim soruşur.

- Bəli.

- Necə?

- Üç min manata.

- Mən sizdə nə olduğunu nəzərdə tuturdum.

- Yalnız min manat.

- Siz yenə də düzgün başa düşmədiniz. Soruşuram ki, şikayətiniz nədir?

- Ödəniş həddindən artıq çoxdur.