Körpənin çimizdirilməsi
  • Məqalələr
  • 25.09.2024, 18:03
  • Alo, Həkim

Körpənin çimizdirilməsi

Yeni doğulmuş körpə o qədər incə və kövrəkdir ki, nəinki onu çimizdirməyə hətta əlinizə belə götürərkən tam ehtiyatlı davranırsınız. Amma sizin belə ehtiyatlı davranışınız ona öyrəşəndən sonra tamamilə dəyişir və hətta onu çimizdirərkən belə körpədən çox özünüz həzz alırsınız.

İlk günlər körpənin bədənini isti suda  isladılmış dəsmalla silmək daha uyöundur. Göbək tam düşdükdən sonra isə körpə ilk olaraq su ilə tanış ola bilər.

Onu çimizdirməzdən qabaq bunun üçün lazım olan sabun, şampun və süngəri hazırladığınıza əmin olmamlısınız.

Vannanı 8 santimetrdən çox olmayaraq isti su ilə doldurun. Sonra həmin suyun hərarətini yoxlayın (hərarət 36,5-37,5 dərəcədən artıq olmamalıdır). Körpələrin əksəriyyəti ilk çimizdirilmədə ağlasalar da sonralar tədricən bu onların da xoşuna gəlməyə başlayır.

Əvvəlcə uşağın ayaqlarını yavaşca suya salın, sonra sol əlinizlə onun boyun nahiyyəsini tutun. İmkan yaradın ki, körpənin bədəni suya toxunsun və bunun üçün boş əlinizlə sudan az-az onun bədəninə çiləyin. Süngəri isladarkən incə uşaq sabunundan istifadə edin. Sabunla üzünü yumağa çalışmayın. Ehtiyatla nəm dəsmal ilə onun başını silin. Nəm pambıq dəsmalla onun gözünün künclərini və burnunu silin.

Əgər yanınızda varsa, ovucunuza bir qədər şampun tökərək onunla körpənin saçlarını yaxalayın. Körpəni vannadan çıxararaq yumşaq dəsmalla bükün. Onun qurulanması ilk növbədə baş nahiyəsindən başlayır. Sonra uşaq əskisinə büküb kombenzon geyindirin və iş tamamdır.

Körpəni çimizdirərkən bu qaydalara mütləq əməl edin:

- Körpəni heç vaxt bir dəqiqə belə vannada tək qoymayın. Əgər qapı döyülürsə və ya telefon zəng çalırsa, onda körpəni də dəsmala bükərək özünüzlə aparın. Unutmayın ki, bir neçə saniyə nəzarətsiz qalmış körpə 3 santimetrlik suda belə ani olaraq boğula bilər.

- Çimizdirmə zamanı suyun hərarəti nə çox isti nə də ki, soyuq olmamalıdır.

- Yaş halda olanda uşaq çox sürüşkən olur, onları möhkəm tutmaq lazımdır ki, düşməsin.

- Körpə vannada olarkən heç vaxt ora su əlavə etməyin, çünki hərarətin birdən dəyişməsi ona zərər verə bilər.

- Körpəni çimizdirməyi öyrənmək üçün əvvəlcədən bir qədər məşq etmək lazımdır.