Kişilərin xəyanəti
  • Məqalələr
  • 17.08.2024, 10:52
  • Alo, Həkim

Kişilərin xəyanəti

Hər bir evli kişi ən azı bircə dəfə də olsa xəyanət haqqında fikirləşmişdir. Təcrübəli psixoloqlar deyirlər ki, ər və arvadın sədaqətsizliyi haqda fikirləşmə belə davnışa təsir edir.

Arvadından xəyanətini gizlətmək tək-tək kişiyə nəsib olur. Kişilər öz sədaqətsizliklərindən əziyyət çəkmirlər, təəssüf törədən heç nəyi bildirmirlər, ailədə isə heç bir problem yoxdur və həyat yoldaşı ağlına belə gətirmir ki, uşaqların atası “şuluqluq” edir.

Əgər kişi yaxşı dərk edirsə ki, sədaqətsizlik pis əməldir, ailə həyatında xəyanətdən qaçmaq lazımdır, həyəcan keçirməyə başlayır. Vəfasızlığını gizlətmək problemli məşğuliyyətə çevrilir.

Ağıllı qadın xəyanəti həmişə sezir. Bunun üçün ona yad olan ətiri duymağa, köynəkdə qalan dodaq boyası izlərini görməyə, işdən sonra evə gec gəlmələri seyr etməyə ehtiyac belə qalmır.

Kişiləri gözləri ələ verir. Belə olanda xəyanətin əlamətlərini təyin etmək imkanı yaranır.

Dalğınlıq və yorğunluq

Birdən o sizin yaddaş tarixlərinizi unutmağa başlayır, məsələn, tanış olduğunuz günü, toy gününüzü və s.. Hətta adgününüzü belə elektron gündəliksiz unudur. O, artıq üzük gəzdirmək istəmir və onu dolabın yuxarı gözündə və ya pencəyinin cibində gizlədir. Yaxın münasibətdən çəkinir, restorana, kinoya və s. bu kimi tədbirlərə getməmək üçün həmişə özünü yorğun göstərir.

Prinsipcə onun intim yaxınlıqdan uzaşması özü elə xəyanətin birinci əlamətidir.

Adət olunmayan davranış

Kişinin xəyanətini başa düşmək üçün onda olan sizin adət etdiyiniz davranışının dəyişməsi də əsas səbəb ola bilər. Sizə qarşı rəftarının da birdən-birə dəyişməsi xəyanətin açıq əlamətidir. Onun daxili davranışının dəyişməsi bunu biruzə verir. Zahirən kişilər özlərini əvvəlki kimi göstərmələrinə baxmayaraq xəyanət edərkən onlar daxilən çox dəyişirlər.

Burada iki variant var. Əgər xəyanətə qadın səbəbkardırsa, onda kişi özünü çox əsəbi aparır, bu onu qıcıqlandırır. Yox, əgər bunda özü günahkardırsa, onda o, sanki qeyri-adı qayğıkeş bir insana çevrilir. Hər ikisinə nəzər salaq.

O ki, “yumşaq və yüngüldür”...

Beləliklə, o, yüngülcə kənarlaşdırılmış, fikirli və mülayim olmağa başlamışdır. Elə gün olmur ki, sizə gül dəstəsi və ya hər hansı bir şeyi hədiyyə etməsin yaxud buna cəhd göstərməsin. Deməli, kişilər maddi cəhətdən zərər çəksə də özünü təmizə çıxarmağa çalışır.

... bəzən qəddar və qıcıqlandırıcıdır.

Digər tərəfdən o, kəskin və gobud ola bilər. Əgər əvvəllər münaqişə olanda birinci olaraq barışığa o gəlirdisə, indi bu haqda heç düşünmək belə istəmir. Bu ondan xəbər verir ki, siz onu qane etmirsiniz, hətta qıcıqlandırırsınız.

Etimadsızlıq

Əgər əvvəllər kompüterdə ümumi profildə ikinizin bir elektron poçtunuz vardısa, indi o özünə ayrıca poçt yaradır və ona daxil olmaq üçün müxtəlif parollar qoyur. Bunu da onunla əlaqələndirir ki, işdən ona vacib sənədlər gəlir və başqaları onu təsadüf nəticəsində silə bilər.

Əgər əvvəllər onun telefonu harda gəldi qalırdısa və hətta bəzi zənglərə sizin cavab verməyinizi istəyirdisə, indi hətta duşa girəndə belə telefonunu özü ilə aparır. Mobil telefonunu özündən başqa heç kimə etibar etmir. Daxil olan zənglərə sizin yanınızda cavab vermir, gələn sms-ləri isə təklikdə olanda oxumağa üstünlük verir. Telefonuna zəng gələn kimi səksənir.

Dalğınlıq və zarafatlara adekvat olmayan reaksiya

O, artıq zarafatlara adekvat olmayan reaksiya verir, ailə inamsızlığına dair lətifələri pis qəbul edir. İstənilən zarafatyana işarələr, məsələn, “əzizim, pencəyindəki uzun qadın tükü nədir, mənim ki, saçım qısadır” onu çaşqınlığa gətirib çıxarır.

O, həyəcanlı və qorxaq baxışla baxır və düşdüyü vəziyyətdən çaşqınlıqla da olsa çıxmağa can atır. Eyni zamanda, dalğın birinə çevrilmiş və nəyisə fikirləşə-fikirləşə qalmışdır.

Yataqda yeni olan bir şeylər

Hər şeydə olduğu kimi yataqda da sizin adət etmədiyiniz hərəkətlər edir. Əksinə, ola bilsin yatağa olan bütün həvəsi yox olsun. Belə olan halda hər dəfə müxtəlif bəhanələr gətirməsi də təbii haldır.

Yad qadın qoxusu

Ondan yad ətir qoxusu gəlir. Belə olan hallarda əvvəlkinə nisbətən daha tez-tez duş almağı üstün tutur. Yəni özündən asılı olmayaraq elə bir hərəkətlər edir ki, siz əvvəllər bunlarla rastlaşmamısınız.

Onun geyimində qadın telləri görünür, bədən hissəsində isə müxtəlif cızıqlar və dodaq boyasının izləri müşahidə olunur. Yeri gəlmişkən, bədənindəki cızıqlar sezilməsin deyə soyuq olmasını bəhanə gətirərək qollu köynəkdə yatır.

Maşında olan dəyişikliklər

O, maşını yenidən rənglədir və tez-tez onu yuyur, yeni aksesuarlar almağa başlayır. Öndəki oturacaq əvvəl adət etdiyinizdən fərqli olaraq tərpədilmişdir, kulqabıda isə fərqli markalara aid qadın siqaretlərinin kötükləri vardır.

Onun məsrəfləridə birdən-birə artır və o, bunu maşının müxtəlif hissələrinin dəyişdirilməsi ilə əlaqələndirir. Eyni zamanda, evə gec-gec gəlməsini bu təmir işləri ilə əlaqələndirir.

İmicin dəyişdirilməsi

Əgər əvvəllər o, işə işgüzar olmayan formada, yəni cins şalvar və sviterdə gedirdisə, indi bahalı kostyumlardan istifadəyə üstünlük verir, daha səliqəli görünməyə çalışır. Artıq dəbdə olan ayaqqabılarla maraqlanır, parlaq rəngli köynəklər seçir, yeni saat və pul kisəsi gəzdirir. Öz zahiri görkəminin qayğısına daha çox qalır. Trenajor zalına, hovuz məşğələlərinə yazılır, bəzən səhərlər qaçışa da üstünlük verir və saç düzümünü dəyişir. Sizin ona etdiyiniz məzəmmətlərə əsəbi reaksiya verir.

Yeni vərdişlər

O, siqaretin markasını daha bahalı olanına dəyişir, başqa şampun, ətir, gel və üz kremi alır. Leksikonunda qadınlara aid bir sıra yeni sözlər əmələ gəlir, bəzən də ləhcəsində sevgilisinə xas ola biləcək düzəlişlər etməyə cəhd göstərir.

Qısqanclıq və hər şeyə diqqət yetirmə

Kişi qısqanc və hər şeyə bəhanə axtaran birinə çevrilir. Mütəmadi olaraq sizin gündəliyə baxır, sms-lərinizi oxuyur. Hər zaman nəsə bir şeyə “ilişməyə” çalışır, təki günah ondan getsin. Hətta boş sms-lərə belə diqqətlə baxır, bir çox yeni kişi adlarını diqqətlə öyrənməyə çalışır.

Axşam gec gələcəyini söyləməklə yanaşı yolda gələrkən evə lazım olan ərzaqları da almağı unutmur. Bütün bunlar ona görədir ki, onu hər dəfə zənglərinizlə narahat etməyəsiniz.