Kişilərin sirri
  • Məqalələr
  • 07.08.2024, 11:42
  • Alo, Həkim

Kişilərin sirri

Kişilər bəzən “Susmaq qızıldır” xalq deyiminin dəyərini anlayırlar. Psixoloqların fikrincə, kişilər qadınlarla aranı pozmamaq üçün susduqları anlar olur. Qadınlar hardan bilsin ki, bütün bu susqunluq onun qəlbinin sakitliyi üçündür. Kişilər isə öz sirlərini gizlətməyə çalışırlar.

Sirr 1

Qonşu mənzildə yaşayan xanım həqiqətən də çox gözəldir.

Bu o demək deyil ki, kişi onun yanına getmək istəyir. Siz soruşsanız ki, “Qonşu mənzildəki xanım gözəldir?”, cavab isə “Kim? Qonşu mənzildəki xanım? Mən heç fikir verməmişəm” olacaq. Kişilər belədirlər – onlar ətrafda cazibədar xanım görən kimi avtomatik olaraq baxırlar.

Sirr 2

Bəzən “Mən futbola gedirəm” ifadəsi sənin əlindən biraz dincəlmək istəyirəm deməkdir.

Çox zaman futbola (digər idman oyunlarına) getmək kişilərin öz yarının əlindən dincəlmək bəhanəsidir. Əlbəttə, heç bir ağıllı kişi deməz ki, “Əzizim səndən yoruldum, istəyirəm bir dostlarımla vaxt keçirim”. Odur ki, özlərini idman həvəskarı kimi göstərirlər.

Sirr 3

Bütün öhdəliklər onları cəsarətli olmaqdan məhrum edir.

Nadir kişi tapılar ki, öz arzusunun qadını ilə tanış olan ilk gündə toy və evin planı haqda fikirləşməyə başlasın. Əksəriyyətinə aylarla, hətta illərlə vaxt lazım olur ki, sevdiyi xanım ona evlənmə təklifini göz-lədiyi haqda fikirləşsin.

Sirr 4

Bərabər hüquqluluq – bu yaxşıdır, lakin kişi daha çox qazanmalıdır.

“Qazanc gətirən” düşüncəsi illərlə kişilər üzərində qalmış bir fikirdir. Onlar daşıyıb gətirir, qadın isə yemək hazırlayır. Qadın da kişi kimi çox qazanc gətirmək istəyəndə ailədə münasibət dəyişir, lakin heç bir kişi “mətbəxdə olmaq” istəməz.

Sirr 5

Əslində ev işləri onların xoşuna gəlir.

Kişilər çox zaman qadınların evdə “kişi işi” saydıqları işləri (divara mıx vurmaq, mətbəxdə su kranını təmir etmək və s.) əslində isə görməkdən imtina edirlər. Onların ev işlərindən xoşları gəlir. Onlar üstünlüklərinin daxili təəssüratı baxımından “mənsiz budur heçnə işləmir, düzəlmir” fikirləşirlər. Bəs niyə bunu qadından gizlədirlər? Bəlkə ona görə ki, bütün bu işlər onlar üçün əlverişsiz olan vaxtda deyilir.

Sirr 6

İlbəil onlar öz yarılarını çox sevirlər.

Kişilərin emosional yüksəlişi mərhələli baş verir və 40-50 yaşda pik vəziyyətinə çatır. Əksər kişilər də psixoloqların bu fikri ilə razılaşırlar. İlbəil kişilər öz yarılarının təbiətində əvvəllər məlum olmayan yeniliklərini aşkar edirlər. Yaşlaşdıqca daxili qiymətqoyma baş verir və kişilər yarılarında əvvəllər diqqət yetirmədikləri keyfiyyətləri qiymətləndirməyə başlayırlar. Lakin onların heç biri öz qadınlarına deməz ki, “Əzizim, mən səni günbəgün daha çox sevirəm”. Çünki qadın elə başa düşər ki, “əvvəllər o, məni bəyəm az sevirdi?” Onun hissiyyat gücünün yox təbiətinin dəyişdiyini izah etməkdənsə, ən yaxşısı susmaqdır.

Sirr 7

Bəzən onlar qadınların nə barədə danışdığını başa düşmürlər.

Bu kişi sirrlərinin ən qorxulusundan biridir. O, gecə yarısı mətbəxdə həyat yoldaşının təntənəli nitqində nəisə bir şey başa düşdüyünü boynuna almaq iqtidarındadır. Ən yaxşı halda “bəli, bəli hər şeyi başa düşdüm”, “əlbəttə, əzizim sən düz deyirsən” demək yaxşı olardı, nəinki təkrar nəisə soruşub, onun da cavabını 15 dəqiqəyə demək.

Sirr 8

Onlar qadınlar sükan arxasında olanda qorxurlar.

Qadın sükan arxasında, kişilər isə arxa oturacaqda oturanda onlar daxilən qorxaq oğlana dönürlər. Lakin onlar bunu heç vaxt boyunlarına almırlar, onların dodaqlarından heç bir kəlmə də çıxmayacaq. Sürət 30 km/saatı ötərsə, kişi deyəcək ki, “əzizim, mənə elə gəlir ki, biz çox sürətli gedirik”. Şübhəniz olmasın ki, o, bərk qorxub.

Sirr 9

Kişilər gizlin arzu edirlər ki, onların 25 yaşı olsun.

Bunu isə heç vaxt boyunlarına almırlar. Həmişə arzulayırlar ki, onların 25 və ən uzağı 30 yaşları olsun.

Sirr 10

Ona asudəlik verin – o, sizə əbədilik bəxş edəcək.

Pis fikirlərsiz və ürəkdən kişi asudəliyinə hörmət edən qadın onun ürəyinə olan və əbədi yanında olması üçün açarı əldə etməyə böyük şansdır. Kişinin hər addımını izləyən qısıqanc qadın rolunu oynamaqdan vaz keçin. Qoyun özü-özlüyündə olsun, dostları ilə yeyib-içməyə getsin, tək dincəlsin.