Kişilər haqda nə bilirsiniz?
  • Məqalələr
  • 19.12.2024, 13:19
  • Alo, Həkim

Kişilər haqda nə bilirsiniz?

İnsanın zahiri görünüşünə görə onun kim olduğunu müəyyənləşdirən fizioqnomika elmindən nümunələr.

- Yaşıl gözlü kişilər adətən çox qısqanc, göy gözlülər isə sədaqətli insanlardır. Qonur gözlülər isə cavanlıqda qadın cinsinə yüngül yanaşsalar da, yaşa dolduqca etibarlı həyat yoldaşı ola bilirlər.

- Enli qaşlar həmin kişinin əliaçıqlığına işarə edir. Çatma qaşlar isə kişinin arvadağız olmasından xəbər verir.

- Düz buruna sahib olanlar həmişə düzgün olduqlarına inanan şəxslər olurlar.

- Qartal burununa oxşar burun sahibi kişilər çox nadir hallarda qadınların xoşuna gəlir.

- Kartofabənzər burunlular yüngül xasiyyətli olurlar.

- Nazik dodaqlar xarakterin çətin olmasından xəbər verir. Belə kişilər xəsis, şübhəli və qısqancdırlar.

- İri və ya dördbucaq formada qulağa malik olanlarsa mülayim, ürəyiaçıq və nəcibdirlər. Qulaqları kiçikdirsə, deməli o, xırdaçıdır. Əgər qulaqları başa yapışmış vəziyyətdədirsə, bu onun sahibinin sadəlövh olmasını deyir.

- Kürən saçları olanlar temperamentli, lakin iradəsizdirlər.

- Sağ üzündə xal olarsa, sizi nəzarətdə saxlayacaq. Qulaqlarında xal olan kişilərsə problemlərini başqalarının üstünə atmağı xoşlayırlar. Çənəsində xalı olan kişlərdən uzaq durmağa çalışın. Xalı buxağında olan kişi isə əsl ləyaqət mücəssəməsidir.