Dırnaqlarımız nə deyir
  • Məqalələr
  • 05.06.2024, 21:16
  • Alo, Həkim

Dırnaqlarımız nə deyir

Fransızlar əllərlə gizlədilmiş yaş həddini bilməyə işarə vuraraq zarafatyana deyirlər: “Əllər qadının ən doğru, düz hissəsidir. Onlar dilin deyə bilməyib saxladığı sirli məqamları üzə çıxarır”. Doğurdan da, əlllər hər şeyi daha açıq bəlli edir. Əllərin və xüsusilə də dırnaqların vasitəsilə insan orqanizmində baş verən pozulma hallarını mühakimə etmək olar.

Dırnaqlar əsasında insanın bədənində baş vermiş pozulma və bir sıra xəstəlikləri təyin etmək mümkündür.

- Əgər dırnaqların rəngi qeyri-bərabər, yəni göyümtül və ya dərinin rəngindən daha ağ görünürsə, qan dövranında baş vermiş pozulmadan şübhələnmək olar.

- Dırnağın üstündə olan eninə şırımlar bu yaxınlarda ağır keçici xəstəliyin yaşanmasından xəbər verir.

- Dırnaq boyu çapıqların əmələ gəlməsi düzgün qidalanmanın olmaması əlamətidir.

- Üfiqi tıxanmalar və ya xırda batıqlar uğursuz diyetanın dəyişdirilməsindən sonra əmələ gəlir.

- Dırnaqların kövrəkliyi ən əvvəl aqressiv yuyucu vasitələrin istifadəsindən yaranır. Digər ciddi səbəb isə maddələr mübadiləsinin korlanmasından əmələ gəlir.

- Dırnaqlardakı ağ ləkələr isə qanda şəkərin miqdarının artmasını (diabetin başlanğıcı) bildirir.

- Sarı ləkələr və ya dırnağın bütünlüklə saralması orqanizmdə yağlar mübadiləsinin pozulması və eyni zamnda nəfəs yollarının xəstəliyi haqda məlumat verir.

- Xırda mirvariləri xatırladan qabarıqların olması vaxtı keçmiş viruslu xəstəliyin əlamətidir.

- Batıq şəkil almış dırnaqlar (qaşığabənzər) orqanizmdə dəmir çatışmamazlığı, anemiya əlaməti ola bilər.

- Dırnaqların çuxurları ağımtıl, sədəfi rəng alırsa, deməli dəri qidalanmasında çatışmamazlıqlar vardır.

- Yumurtalıqda hər hansı problem yaranırsa, dırnaqlar qat-qat olur və ya parçalanır.

Dırnaqlar vasitəsilə yaxın vaxtlarda hər hansı bir orqanın işini dayandırmasını da müəyyən etmək mümkündür. Bir həftəyə dırnaqlar təqribən 1 mm uzanır, amma insan dırnağının tam həyat tsikli təqribən altı aydır. Əllər orqanizmdə baş verən daxili dəyişikliklərin sirrini açmağa qadirdir.

- Barmaqların uc hissəsinin al-qırmızı olması həzm sisteminin pis işləməsindən xəbər verir.

- Tünd qırmızı bənövşəyi çalara malik olan barmaqların uc hissəsi böyrəklərin normal işləməməsindən xəbər verir.

- “Venera təpəciyi”nin dərisində olan ləkələr cinsiyyət sisteminin pozulmasına işarədir.

- Qalxanabənzər vəzin xəstəlikləri zamanı barmaqlar arasında qırmızı düyünlərin yaranması baş verir.

- Şəhadət barmağının arxa tərəfində sərt, kobudlaşmış dəri öd kisəsinin funksiyasının pozulmasının əlamətidir.