25.04.2025, 00:11
GəyirməNə dərəcədə çoxbilmişsiniz
HƏ və YOX cavabları verin və sadə tesdən keçin.
1. Xoşagəlməz söz deməmişdən qabaq fikirləşirsiniz ki, bu həmsöhbətinizin xatirinə dəyə bilər? (“hə” – 0, “yox” - 1).
2. İşə gecikərkən içəri elə daxil olmağa çalışırsınız ki, sizi heç kim görməsin? (“hə” – 1, “yox” - 0).
3. Özünüzün qorxub eləmədiyiniz bir işi yoldaşınızdan etməyi xahiş edirsiniz? (“hə” – 1, “yox” - 0).
4. Hesab edirsiniz stolüstü oyunda düzgün oynayaraq uduzmaq daha yaxşıdır, nəinki kələklə udmaq? (“hə” – 0, “yox” - 1).
5. Kiminləsə zarafatyana oynamaq istəyəndə qarşı tərəf başa düşürmü burada kimin əli var? (“hə” – 1, “yox” - 0).
6. İnsanı açıq danışmağa təhrik etmək üçün bilərəkdən yalan danışa bilirsiniz? (“hə” – 1, “yox” - 0).
7. Məktəbdə oxuyarkən olub ki, qonşu partada oturandan köçürmüsünüz, amma onun xəbəri olmayıb? (“hə” – 1, “yox” - 0).
8. İstədiyinizi əldə etmək üçün həmişə bir yol tapa bilirsiniz? (“hə” – 1, “yox” - 0).
9. Heç kimin hiss edə bilməyəcəyi kələk işlədə bilirsiniz? (“hə” – 1, “yox” - 0).
6 xaldan yuxarı: Siz sadəcə yox əsl çoxbilmişsiniz. Elə bir şey yoxdur ki, siz ona nail ola bilməyəsiniz. Amma burada bir mənfi cəhət var.
Hiyləgərlik bir çox hallarda insanlarla ünsiyyətdə səmimiyyətsizliyə, ikiüzlülüyə gətirib çıxarır. Yəqin ki, bir qədər səmimi olmağa çalışmaq yerinə düşərdi.
3-dən 6 xala kimi: Siz şübhəsiz ki, ağıllısınız. Sizi heç kim aldada bilməz və öz növbəsində yalan danışa bilmir-siniz. Bu yaxşı haldır, səmimiyyət insanları yaxınlaşdırır.
3 xaldan aşağı: Siz tam sadəlövhsünüz və sizi çox asanlıqla yanlışlara sürükləmək olar. Əksər hallarda dalğın olursunuz ki, bu da tanışlarınıza sizinlə zarafatlaşmaq üçün əsas verir.