25.04.2025, 00:11
Gəyirmə8 faydalı içki
Heçnə bizim orqanizmimizin adi suya olan tələbatını ödəyə bilməz. Bu rütubətin saxlanılmasının ən düzgün və faydalı mənbəyidir. Lakin su kimi digər içkilər də vardır ki, onlar da bizim orqanizmə faydalı maddələr verir.
YAŞIL ÇAY
Faydası: osteoporoz, xərçəng, ürək-damar xəstəliklərinin yaranma risqini azaldır. Yaşıl çayın tərkibində çoxlu flavonoidlər, polifenollar, anti-oksidantlar mövcuddur ki, bunlar da hüceyrələri zərərli təsirlərdən qoruyur və sərbəst radikalları neytrallaşdırır. Eyni zamanda çayda ftor da vardır ki, bu da öz növbəsində sümükləri möhkəmləndirir və dişlərə faydalı təsir göstərir. Kalori: 0.
NANƏLİ ÇAY
Faydası: mədə pozulmalarının qarşısını almağa kömək edir, sancını azaldır, həzm prosesini asanlaşdırır, qidanın mədə-bağırsaq traktı ilə hərəkətini yüngülləşdirir. Nanə spazm əleyhinə təsir etmək imkanına malikdir, əzələdə olan ağrı və gərginliyi aradan qaldırır. Kalori: 0.
1%-Lİ YAĞLI TƏRKİBƏ MALIİK SÜD
Faydası: südün tərkibində qəliz karbohidratlar vardır, məsələn, zülallar və bir qədər piylər. Ona görə də, bu məhsul yavaş-yavaş sorulur və müəyyən vaxt çərçivəsində siz özünüzdə toxluq hiss edirsiniz. Qəliz karbohidratlar sayəsində qanda olan şəkərin səviyyəsi stabil olaraq qalır. Süddə olan kalsium D vitamini ilə birgə olduğundan yaxşı həzm olunur. Bundan başqa, kalsium piyləri yandırmaq üçün hüceyrələrə kö-mək edir. Eyni zamanda süd normal halda çəkinin azalmasına da kömək edir. Kalori: bir stəkan (250 qr) süddə 120 kalori vardır.
SOYA SÜDÜ
Faydası: ürək-damar xəstəliklərinin yaranma risqini azaldır. Soya südünün tərkibində olan qida lifləri və zülallar “pis” xolesterinin və triqliseridlərin səviyyəsini azaldır. Əgər bütünlüklə inək südünü soya südü ilə əvəz etsəniz, onda sizdə vitamin A və D, eyni zamanda kalsium çatışmamazlığı baş verəcəkdir. Belə olan halda bu mikroelementlərlə zənginləşdirilmiş soya südü almaq lazımdır. Soyada fitoestrogenlər vardır ki, bu da süd vəzilərində xərçəngin yaranması risqi ilə əlaqədardır. Əgər ailədə bu xəstəlik baş verirsə, onda yaxşı olardı ki, soya südünün qəbulu ilə əlaqədar həkimlə məsləhətləşəsiniz. Kalori: 250 qr məhsulda 81 kkal.
İSTİ ŞOKOLAD VƏ YA KAKAO
Faydası: əhval-ruhiyyəni yaxşılaşdırır və ürək-damar xəstəliklərindən müdafiə edir. Kakaonun tərkibində çoxlu sayda polifenollar vardır ki, bu da hüceyrələri sərbəst radikallardan qoruyur. İsti şokoladın qəbulu hormon (serotonin) istehsalını artırır. Kalori: 250 qr. hazır məhsulda 195 kkal-a yaxın, toz qarışığında isə 115 kkal..
DUZSUZ TOMAT ŞİRƏSİ
Faydası: xərçəngin bir çox formalarından müdafiə edir. Məlum olduğu kimi, təzə pomidorun emalı zamanı məhsulun özünə nisbətən böyük konsentrasiyada likopen əmələ gəlir. Likopen insan orqanizminin aşağıda sadalanan hissələrində xərçəngin əmələ gəlmə risqinin aşağı salınması ilə bağlantı yaradır: ağız boşluğunda, ağciyərlərdə, mədədə, qaraciyərdə, süd vəzilərində, analıq boynunda, çənbər və düz bağırsaqda. Bundan başqa likopen ürəyi sərbəst radikallardan müdafiə edir, eyni zamanda ürək-damar xəstəliklərinin yaranma ehtimalını aşağı salır.
QUŞÜZÜMÜ ŞİRƏSİ
Faydası: diş əti xəstəliklərinin qarşısını alır, sidik yollarının infeksiyası ilə mübarizə aparmağa kömək edir. Amma şirənin tərkibində şəkər vardır. Ona görə də, alarkən 100% şəkərsiz şirə seçin və ya gün ərzində bir stəkandan artıq qəbul etməyin. Kalori: 250 qr. məhsulda 140 kkal..
PORTAĞAL ŞİRƏSİ
Faydası: şirənin tərkibində olan C vitamini immuniteti yüksəldir, müxtəlif xəstəliklərdən, məsələn, katarakta və xərçəngdən müdafiə edir. Portağal şirəsi əla folio turşusu mənbəyidir və dölün inkişafındakı qüsurları aradan qaldırır. Kalori: 250 qr. məhsulda 115 kkal.