Lalə Məmmədrzayeva

Lalə Məmmədrzayeva

Psixoloq, EMDR, CBT, TDCS, EFT, Neurofeedback, Brainspotting, Vaginizm-Disparoniya, Ailə və cütlük terapisti

Lalə Məmmədrzayeva

Milvus Psixologiya və İnkişaf Mərkəzinin təsisçisi və direktoru

Psixoloq, EMDR, CBT, TDCS, EFT, Neurofeedback, Brainspotting, Vaginizm-Disparoniya, Ailə və cütlük terapisti

 

 

Uşaq serebral iflici

Uşaq serebral iflici doğuşdan öncəki, doğuş vaxtı və ya doğuşdan sonra bəzi səbəblərdən beyin zə-dələnməsindən əmələ gəlir. Xəstəlik erkən uşaqlıq dövründə meydana çıxır, hərəkət pozuntusu, iflic, əzələ zəifliyi, koordinasiya pozuntusu, özündən asılı olmadan bəzi hərəkətlərlə özünü biruzə verir. Beyinin zədələnmə dərəcəsindən asılı olaraq, yüngül, zəif, ağır, əlillik həddinə çatan serebral iflic olur. Serebral iflic zamanı epilektik tutmalar, psixi inkişaf və nitq ləngiməsi, qavrama, öyrənməkdə çətinliklər, görmə, eşitmə pozuntuları əmələ gəlir.

Serebral iflicli uşaqlarla işləmək üçün “Milvus Psixologiya və İnkişaf Mərkəzi”ndə Uzay terapiyası mövcuddur. Bu terapiya bədənə forma verilməsi, əzələ tonusu, vestibulyar, hidrosefaliya, west sin-dromu, nevroloji xəstəliklər və s. zamanı istifadə olunur. Uzay terapiyada pataloji reflekslər azalır, tarazlıq düzəlir.