İftixar Qurbanov

İftixar Qurbanov

Ortoped-travmatoloq

Ortoped-travmatoloq Uzm.Dr.İftixar Qurbanov tibb təhsilini 2005-2012-ci illərdə Türkiyənin Marmara Universitetinin ingiliscə Tibb fakültəsində aldıqdan sonra, 2015-2020-ci illərdə Dokuz Eylül universitetinin Tibb fakültəsində uzmanlıq təhsilini tamamlamışdır.

Uzmanlıq təhsili zamanı uşaq ortopediyası üzrə Türkiyədə və Avropada bir çox kurslarda iştirak etmiş və İstanbul Okan üniversitetində uşaq ortopediyası üzrə təkmilləşmişdir.

İstanbulun müxtəlif xəstəxanalarında (Acıbadem Xəstəxanası - 2012-2015, İzmir Özəl Gözde Xəstəxanası - 2020-2021, İstanbul Okan Universiteti Xəstəxanası / Acıbadem Xəstəxanası - 2021-2022) fəaliyyət göstərdikdən sonra 2022-cu ildən etibarən Azərbaycan Respublikasındakı fəaliyyətə başlamışdır.


İcra etdiyi əməliyyatlar:

- Uşaqlarda anadangəlmə və sonradan yaranan deformasiyalar
- Uşaqlarda anadangəlmə bud çanağı çıxıqları
- Artroplastika
- Boy uzatma əməliyyatları (uşaq və böyüklərdə)
- Travma əməliyyatları (uşaq və böyüklərdə)