1999-2006 illərdə Azərbaycan Respublikasının dövlət xətti ilə İ.M.Seçenov adına Moskva Tibb Akademiyasında təhsil almışdır.
2008-ci ildə İ.M.Seçenov adına MTA-da CƏRRAHİYYƏ ixtisası üzrə klinik ordinaturada təhsil almışdır.
2008-2011 illərdə Azərbaycan Respublikası Prezidentinin “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetində CƏRRA-HİYYƏ və ÜRƏK-DAMAR CƏRRAHİYYƏSİ ixtisasları ilə aspiranturada təhsil almışdır.
11.12.2012 Rusiya Tibb Elmləri Akademiyasının B.V.Petrovski adına Rusiya Elmi Cərrahiyyə Mərkəzinin Elmi şurasının NAMİZƏDLİK DİSSERTASİ-YASI müdafiə edib, Tibb elmləri namizədi elmi dərəcəsini almışdır.
Çap edilmiş 10 elmi işin müəllifidir.
2013-cü ildən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin tibb müəsissələrində tibbi və elmi fəaliyyətini davam etdirir.
Müalicə etdiyi xəstəliklər:
- Aşağı ətraf venaların varikoz genişlənməsi
- Aşağı ətrafın dərin venaların trombozu
- Qızıl yel və onun fəsadları
- Aşağı ətraflarda xroniki ağrı ilə müşahidə olunan hallar (qan dövranını pozulması, diz oynağının artrozu və s.)
- Aşağı ətraflarda uzun müddət sağalmayan yaralar
- Yataq yaraları
- Şəkərli diabeti olan xəstələrdə fəsadlaşmış irinli yaralar
- Şəkərli diabet fonunda ayaq pəncəsinin deformasiyaları
- Yuxarı ətrafların xroniki işemiyası