Təhsil:
2003-2009 Azərbaycan Tibb Universiteti / müalicə işi
2009-2010 İnternatura / həkim-terapevt
2013-2017 Hacettepe Universitet xəstəxanası / Daxili xəstəliklər uzmanlığı
2018-2021 Hacettepe Universitet xəstəxanası / Qastroenterolo-giya və hepatologiya yandal uzmanlıq.
Xidmətlər:
- Qaraciyər xəstəlikləri
- Virus (B, C, D) hepatitləri
- Mədəaltı vəz xəstəlikləri
- Mədə-bağırsaq xəstəlikləri
- İltihabi bağırsaq xəstəlikləri
İnvaziv Endoskopik Proseduralar:
- Endoskopik Polipektomiyalar
- EMR, ESD
- Mədə-bağırsaq sistemi darlıqlarının genişləndirilməsi, stentləmələr
- ERCP
- Endoskopik ultrasəs müayinəsi
Endoskopik Ultrasəs müayinəsi üzərində ultrasəs başlığı olan endoskopla icra edilən proseduradır.
Mədə-bağırsaq sistemində və qonşuluğundakı törəmələrin dəyərləndirilməsi, biopsiyaların alınması üçün ən müasir və əvəzedilməz müayinə üsuludur. Mədəaltı vəz törəməsində çöliak blokada icrası, infeksiyalaşmış öd kisəsi və mədəaltı vəz kistalarının mədəyə drenajlaması kimi əməliyyatları dəridə kəsik olmadan endoskopik üsulla icra eləməyə imkan verir.