Qadınlar hər zaman gözəl görünməyə çalışırlar. Zamanla yaranan yaş ilə bağlı dəyişikliklər isə zərif cinsin nümayəndələrini çox məyus edir. Bu hallarda kosmetoloji prosedurlar köməyə gəlir. Kosmetoloq bilik, yüksək bacarıq, zövq və təcrübəyə malik olmalıdır. Daim öz üzərində çalışmalı, gözəllik sahəsindəki ən son yeniliklərdən xəbərdar olmalıdır. Prosedur seçimində diqqətli və dəqiq olmalıdır ki, sonunda nəticə mükəmməl alınsın. Bu sahədə artıq 10 ildir fəaliyyət göstərirəm və bu müddət ərzində bir çox xanımı komplekslərindən azad etməyi bacarmışam.
Xidmətlər:
- Təbii dolğularla (dodaq, çənə, yanaq, göz altı, alın, burun korreksiyası)
- Botox
- Mezoterapiya
- Biorevitalizasiya
- PRP (Plazmaliftinq)
- Peeling
- Lipolitik (buxaq və digər nahiyələrin əridilməsi)
- Akne, çapıq, məsamə, dəri çatları, sızanaq sonrası qalan ləkələrin və hiperpiqmentasiyanın müalicəsi
- Saç müalicəsi və s..